...

Kanada lotereyası tarixində ən böyük uduş - 49,5 milyon dollar

Maraqlı Materials 19 Oktyabr 2015 06:10 (UTC +04:00)
Kanadada naməlum şəxs "Lotto 6/49" lotereyasında 49,5 milyon dollar udub.
Kanada lotereyası tarixində ən böyük uduş - 49,5 milyon dollar

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Kanadada naməlum şəxs "Lotto 6/49" lotereyasında 49,5 milyon dollar udub.

Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, uduş Kanadanın lotereya tarixində ən böyük uduş kimi qeydə alınıb.

Uğurlu lotereya bileti Kanadanın Mississoqa şəhərində satılıb.

Bundan əvvəl, "Lotto 6/49" lotereyasının ən böyük uduşu 47,4 milyon dollar olub. Bu məbləği 2013-cü ildə öz aralarında 4 nəfər bölüb.

Xəbər lenti

Xəbər lenti