...

Dağlıq Qarabağ münaqişəsinin həllində asan qərarlar yoxdur və olmayacaq- RF-nin Xarici İşlər Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2007 15:31 (UTC +04:00)

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / "Rusiya ATƏT-in Minsk Qrupunun vasitəçisi kimi, ABŞ və Fransa ilə birlikdə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tərəflərin mövqeynin yaxınlaşması üçüni ondan asılı olanı edir" - deyə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Denisov bazar ertəsi mətbuat konfransında Trend in müxbirinin sualını cavablandırarkən bildirib.

"Biz bu istiqamətdə müəyyən müsbət irəliləyişlərin olduğunu görürük" - deyə Denisov bildirib. "Tərəflər dialoqu davam etdirməyə hazırdırlar, bu isə, çox vacibdir. Hamıya aydındır ki, burada asan qərarlar yoxdur və olmayacaq. Zorla, təzyiq altında hər hansı bir qərarı həyata keçirmək mümkün deyil, əgər bu mümkün olarsa, uzun sürə bilməyəcək, gələcəkdə hər hansı bir problemlə üzləşəcək".

Rusiya diplomatı hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli münaqişə tərəflərinin öz aralarında necə razılığa gəlməsindən asılıdır. "Rusiyanın mövqeyinin, xüsusilə də Kosovo ilə bağlı mövqeyinin düzgünlüyü, hər şeydən əvvəl, bizim, tərəflərin özlərinin qəbul etdikləri istənilən qərarı qəbul etməyə hazır olduğumuz barədə bəyanatlarımızla müəyyən olunur" - deyə nazir müavini bildirib. "Əgər Çexiya və Slovakiya kimi, Kosovo və Serbiya da sakit şəkildə ayrılarlarsa, qoy ayrılsınlar. Lakin söhbət beynəlxalq hüquq prinsiplərinin pozulmasından gedirsə, biz burada öz mövqeyimizi bildiririk" - deyə Denisov əlavə edib. Denisovun sözlərinə görə, Rusiyanın bu kimi münqişələrdə, o cümlədən, Dağlıq Qarabağ münaqişəsində mövqeyi beynəlxalq hüquq normalarının əməl olunmasının dəstəklənməsindən ibarətdir.

Trend in xüsusi müxbirinin Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərvivəsində, Ermənistan-Rusiya hərbi əməkdaşlığının, təcavüzkar dövlət olan Erməristanla hərbi-strateji ittifaqın nə qədər məqsədəuyğun olması barədə sualını cavablandırarkən Denisov qeyd edib ki, bu təşkilatın digər ölkələri kimi, Rusiya da Ermənistanla əməkdaşlıq edir. "Bu həqiqətdir, biz bunu gizlətmirik. Bu barədə Azərbaycan tərəfinə lazımi izahatlar verilir" - deyə Denisov qeyd edib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla dostluq münsibətlərinin, əməkdaşlığın çox vacib istiqamətləri üzrə sıx əməkdaşlıq mövqeyindən çıxış edir. "Mən Azərbaycan və Rusiya arasında münasibətlərdə problem görmürəm, baş verənlərsə, hər hansı qonşu dövlətlər, qonşu ölkələr arasında baş verənlərdən başqa bir şey deyil" - deyə RF-nin xarici işlər nazirinin müavini bildirib. Denisov belə bir misal gətirib ki, MDB-nin inkişafı ilə bağlı Azərbaycanın öz baxışları var. "Azərbaycan MDB-nin gələcək inkişafı konsepsiyasını imzalamaqla, milli qanunvericilik, maraqlar, MDB-ni beynəlxalq təşkilat kimi tanıması barədə qeyd-şərt qoyub. Azərbaycanın bu mövqeyini Rusiya başa düşür" - deyə Denisov vurğulayıb. Denisovun sözlərinə görə, Rusiya və Ermənistanın KTMT-da üzvluyünə ehtiyatla yanaşılması Rusiyaya süni görünür.

Denisovun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması MDB-nin fəaliyyətində öz əksini tapır. "Hər hansı bir düzəliş etmək məcburiyyətində qalırsan. İşlərin təşkil edilməsi baxımından da, MDB çərçivəsində iri miqyaslı tədbirlər Ermənistan və Azərbaycanın paytaxtında keçirilmir ki, qonşu tərəfə problem yaradılmasın. "Misal üçün, əgər Bakıda hər hansı bir tədbir keçiriləcəksə, liderlərin və vəzifəli şəxslərin görüşləri Ermənistan üçün, təbii ki, problemlər yaradacaq və əksinə. Bu problemlərin az olacağına ümid etsək də, hər halda praktiki məsələlərin həllində bizim hörmətli azərbaycanlı və ermənistanlı həmkarlarımız MDB çərçivəsində işələyir, əməkldaşlıq edir və bütün bu məsələləri həll etməyə kömək edirlər" - deyə RF-nin XİN-nin nümayəndəsi bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti