...

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ən çox Ermənistana lazımdır – Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2010 13:18 (UTC +04:00)
Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv mövqe tutub, bu məsələyə son qoymaq niyyətində deyil.
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ən çox Ermənistana lazımdır – Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı,15 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv mövqe tutub, bu məsələyə son qoymaq niyyətində deyil.

"Onlar bunu hansısa səbəblərə görə edə bilmirlər. Amma başa düşməlidirlər ki, münaqişənin məhz indi ədalətli həlli ən çox Ermənistana lazımdır", - Trend -un məlumatına görə, bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi 4 qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məmmədov deyib ki, ermənilər talelərini düşünməli və özlərinin gəcələk faciələrinin qarşısını almalıdırlar.

"Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutub, münaqişənin həllinə təminat verməkdir", - şobə müdiri əlavə edib.

Danşıqlar prosesinin hazırkı vəziyyətinə gəlincə, Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, həmsədrlər proseslə əlaqədar səylər göstərirlər.

"Onlar Ermənistanın xarici işlər naziri ilə görüşməlidirlər. Bu görüşdən sonra, ola bilsin, bölgəyə səfər etsinlər. Həmsədrlər Soçi görüşündən keçən müddət ərzində hansı irəliləyişin olması, vəziyyətin nədən ibarət olması haqqında prezidentlərə məruzə etmək üçün regiona səfər edə bilərlər", - Məmmədov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti