Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 20-də saat 18.50-dən 18.55-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Həmin gün Ermənistan ordusu saat 21.00-dan 21.10-dək Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, saat 18.25-dən 18.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəsi pozub