...

Azərbaycanlı məcburi köçkünlər italiyalı jurnalistin gözü ilə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2016 12:19 (UTC +04:00)
İtaliyanın “Cronache di Napoli” qəzetində jurnalist Domeniko Letisiya tərəfindən “İnkar olunmuş hüquqlar: Şuşanın sürgündəki icra başçısı. 1992-ci ildən fəaliyyət göstərən düşərgədə həyat” (I diritti negati: Shusha, il sindaco in esilio. Vivere in un campo dal’92) adlı məqalə dərc olunub.
Azərbaycanlı məcburi köçkünlər italiyalı jurnalistin gözü ilə

Bakı. Trend:

İtaliyanın “Cronache di Napoli” qəzetində jurnalist Domeniko Letisiya tərəfindən “İnkar olunmuş hüquqlar: Şuşanın sürgündəki icra başçısı. 1992-ci ildən fəaliyyət göstərən düşərgədə həyat” (I diritti negati: Shusha, il sindaco in esilio. Vivere in un campo dal’92) adlı məqalə dərc olunub.

Trend qəzetə istinadən xəbər verir ki, məqalə D.Letisiyanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə və Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş qəsəbəyə səfəri əsasında yazılıb.

Məqalədə bildirilir ki, 8 May 1992-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində şəhərdə yaşayan azərbaycanlılar öz yurdunu tərk etmək məcburiyyəti ilə üzləşmiş, dövlət tərəfindən tikilmiş xüsusi qəsəbədə məskunlaşıblar. Şuşanı hansı şəraitdə tərk etməsindən danışan şəhərin “sürgündə” olan icra başçısı Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı B.Səfərov işğal günündən bəri Şuşaya gedə bilmədiyini və ən böyük arzusunun yenidən Şuşaya dönmək olduğunu bildirir.

Məqalədə B.Səfərova istinadən Azərbaycanda müxtəlif dinlərin və millətlərin, o cümlədən ermənilərin dinc şəraitdə yaşaması bildirilir, Ermənistanda yalnız ermənilərin yaşaması və Ermənistanın multikulturalizmə qarşı olması vurğulanır. Bundan əlavə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılır.

Məqalədə, həmçinin jurnalist Bakıdan bir neçə 10 kilometr məsafədə yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə səfərindən və orada mövcud şəraitdən söz açır. “Mən qəsəbədə yenicə tikilmiş, şagirdlərin ingilis dilində dərs keçdiyi informatika otağı olan müasir məktəbdə və musiqi məktəbində oldum. Musiqi məktəbinin direktoru mənim italyan vətəndaşı olduğumu biləndə mənə öz telefonunda məktəbin şagirdləri tərəfindən italyan dilində təşkil olunmuş konserti nümayiş etdirdi. Adriano Çelentano, Toto Kutunyo, Luçano Pavarotti və Enriko Karuso, bunların hamısı bu qəsəbədə tanınır, onların mahnıları və sözləri musiqi məktəbində tədris olunur. Düşərgədə mən şəhid vermiş məcburi köçkün ailəsinə qonaq dəvət olundum. Ailə sahibi evlə təmin olunmasını, vergidən azad olmasını və sabaha ümidlə baxdıqlarını bildirsə də, doğma yurdu heç nəyin əvəz etmədiyini xüsusi ilə vurğuladı,” - deyə jurnalist yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti