...

Azərbaycanın XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının əsas prinsiplərinə dair sənədin olduğunu təkzib edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2005 14:30 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının əsas prinsiplərinə dair sənədin olduğunu təkzib edib. Trend bildirir ki, dekabrın 22-də nazir bu barədə jurnalistlərə bəyan edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Trend ə bildirmişdi ki, vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının əsas prinsiplərinə dair sənəd layihəsi üzərində iş aparır. "Belə bir sənəd yoxdur" -deyə E.Məmmədyarov bildirib. O, əlavə edib ki, "Müzakirə tələb edən bəzi prinsipial məsələlər vardır". Nazirin sözlərinə görə, Azərbaycan tərəfi MQ həmsədrlərindən prezidentlərin yanvarın sonunda keçiriləcək növbəti dialoqunadək Ermənistan və Azərbaycan XİN başçılarının görüşünə çağırış barədə regiona axırıncı səfər zamanı səsləndirilmiş təklifə aid xəbər gözləyir. "İndi bu təklif Ermənistan tərəfi ilə dəqiqləşdirilir" -deyə o əlavə edib. E.Məmmədyarov həm də deyib ki, " biz prinsipial məsələlərlə bağlı ortaq fikrə gəlsək, onda hər şey alınacaq".

ATƏT-in yüksək planlaşdırma Qrupu (YPQ) nümayəndələrinin regiona səfərini şərh edərkən E.Məmmədyarov deyib ki, onlar Ermənistanda və Bakıda olub, yanvarda isə Dağlıq Qarabağda olacaq və hesabat hazırlayacaq. O, YPQ-nin son dəfə 8 il öncə həyata keçirilən səfərini müsbət qiymətləndirib. Nazir bildirib ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi, mandatı və tərkibi məsələsi hələ müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti