...

Azərbaycan müxalifətçiləri hakim partiyanın seçki qanunvericiliyinin dəyişdirilməsində maraqlı olmadığını düşünürlər

Siyasət Materials 5 Oktyabr 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət partiyaları hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki qanunvericiliyinə dəyişikliklər edilməsində maraqlı olmadığını düşünür. Bu fikirləri müxalifət partiyalarının təmsilçiləri cümə günü Avropa Şurasının və İFES-in Bakı nümayəndəliklərinin siyasi partiyalarla keçirdiyi görüşdə bildiriblər. Bu barədə Trend ə AMİP-in bələdiyyələrlə iş və seçki üzrə katibi Elşən Mustafayev məlumat verib.

Görüşdə bildirilib ki, noyabrın 9-da Avropa Şurası Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Azərbaycan hakimiyyətinin birgə təşkilatçılığı ilə, siyasi partiya liderlərinin toplantısı keçiriləcək və Seçki Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə olunacaq.

Bugünkü görüş həmin müzakirələrin ilkin hazırlıq mərhələsi idi.

Görüşə hakim partiya və iqtidaryönlü partiyalar da dəvət olunsalar da, onlar iclasda iştirak etməyiblər. Müxalifət partiyaların nümayəndələri bildiriblər ki, hakimiyyət seçki qanunvericiliyinin təkmilləşdirilməsində maraqlıdırsa, hakim partiyanın nümayəndələri bu müzakirələrə qatılmalı idilər.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Trend ə açıqlamasında bildirib ki, görüşlə bağlı onlara hər hansı dəvət gəlməyib.

Avropa Şurasının Bakı ofisindən bildiriblər ki, İFES-dən YAP-a dəvət göndərilib. Bakı ofisinin mətbuat katibi İlqar İbrahimoğlu bildirb ki, YAP-ın iştirak etməməsi anlaşılmazlıq olub. Avropa Şurası YAP-ı görüşə dəvət edibmiş. Onun sözlərinə görə, noyabrın 9-da keçiriləcək toplantının formatı hələ dəqiq müəyyənləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti