...

Azərbaycan Dağlıq Qarabağda kürd terrorçularının hərbi dəstələrinin yerləşdirilməsi barədə məlumatın araşdırılmasını tələb edir

Siyasət Materials 5 Dekabr 2007 12:00 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağda kürd terrorçularının hərbi dəstələrinin yerləşdirilməsi barədə məlumatın araşdırılmasını tələb edir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycan beynəlxalq təşkilatlardan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində terror təşkilatı olan Kürd Fəhlə Partiyasının (KFP) hərbi dəstələrinin yerləşdirilməsi barədə məlumatın araşdırılmasını tələb edir.

"Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu problemə xüsusi diqqət yetirməli və yayılmış məlumatı araşdırmalıdırlar" - deyə çərşənbə axşamı Azərbaycan Prezidenti İcra Aparatanın beynələxlaq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə müsahibəsində bildirib.

Son vaxtlar Türkiyənin kütləvi informasiya vasitələrində İraqın şimalından sıxışdırılıb çıxarılmış terror təşkilatı KPF-nin özünə yeni sığınacaq axtarması və partiyanın, erməni mənşəli döyüşçülərin öz bazalarını ermənilərin işğal etdiyi Dağlıq Qarabağ ərazisində yerləşdirməsi barədə məlumat yayıb. Türkiyə KİV-nin məlumatına görə, rəsmi İrəvan KFP-nin hərbi hissələrinin yerləşdirilməsinə icazə verib.

Məmmədovun sözlərinə görə, Azərbaycan Ermənistanın, qanunsuz olaraq, Dağlıq Qarabağ ərazisində Suriya və İraqdan olan gəlmələrin yerləşdirməsi ilə bağlı sübutlara malikdir, indi isə Ermənistan orada KFP-nin terrorçularını da yerləşdirməyi planlaşdırır. " Məlumat təsdiq olunarsa, Ermənistan beynəlxalq təşkilatlar qarşısında məsuliyyətə cəlb olunmalıdır" - deyə Məmmədov qeyd edib.

Məmmədovun sözlərinə görə, İraqın şimalında və Türkiyədə terror təşkilatlarırın fəallaşması Azərbaycanı narahat edir və Türkiyə prezidenti və Baş nazirinin Azərbaycana son dövrlərdə baş tutan səfəri zamanı tərəflər terrorizmlə mübarizədə qarşılıqlı dəstək göstərməyi və əməklaşlıq etməyi təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti