Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan müdafiə nazirinin Estoniyaya səfəri zamanı hərbi əməkdaşlığa dair Memorandum imzalanıb. Azərbaycan Müdafə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Səfərov çərşənbə günü Trend ə bildirib ki, müdafiə naziri Səfər Əbiyev səfər çərçivəsində, bu gün Estoniyanın müdafiə naziri Yaak Aaviksoonla görüşüb.
Azərbaycan müdafiə naziri general-polkovnik Əbiyevin dekabrın 4-dən Estoniyaya ikigünlük səfəri başlayıb. Estoniyanın müdafiə naziri Aaviksoonun dəvəti ilə gerçəkləşən səfər sabah başa çatacaq.
Səfərov deyib ki, Azərbaycan generalı bu ölkənin prezidenti Tomas-Xendrik İlvesinlə də görüşüb. Görüşdə regionda hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə olunub. Əbiyev səfər zamanı Estoniyanın xarici işlər naziri ilə də görüşüb.