...

Azərbaycan NATO-ya daxil olmağa tələsmir - Azərbaycanın Rusiyadakı səfiri

Siyasət Materials 5 Aprel 2008 11:28 (UTC +04:00)
Azərbaycan NATO-ya daxil olmağa tələsmir - Azərbaycanın Rusiyadakı səfiri

Rusiya, Moskva, 04 aprel / Trend , müx. R.Ağayev/ Biz NATO-ya daxil olmağa tələsmirik. Biz əlbəttə ki, vəziyyəti izləyirik, ümumiyyətlə, bütün dünyada, əsasən də bizim regionda baş verən

prosesləri diqqətlə müşahidə edirik. Bu bəyanatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən mətbuat konfransında çıxış edərkən verib.

Bülbüloğlu qeyd edib ki, Azərbaycan NATO ilə birgə "Sülh naminə tərəfdaşlıq" proqramı həyata keçirir və inkişaf edən proqram çərçivəsində NATO-nun müxtəlif ekspedisiyalarında iştirak edir. O, hesab edir ki, hər suveren ölkə öz milli maraqlarını, geosiyasi mövqeyini, respublika rəhbərliyi və xalq qarşısında yaranan problemləri nəzərə alaraq çıxış edir. "Əlbəttə ki, bu məsələ və problemlər ölkənin milli maraqlarına uyğun olaraq və mehriban qonşuluq əlaqələri olan qonşu ölkələrin maraqları nəzərə alınmaqla həll olunacaq" - deyə Azərbaycanın RF-dakı səfiri əlavə edib.

Bülbüloğlunun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyət kifayət qədər mürəkkəbdir və son zamanlar orada yerləşən ölkələrin vektorları müxtəlif olub, lakin vəziyyət çox sürətlə inkişaf edir. "Tam mənası ilə bir az bundan qabaq, Buxarestdə keçirilən NATO sammitinin yekun sənədlərində Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında xatırlatmanın olduğu məlum olub və bu münaqişənin Azərbaycanın ərazi butövlüyü çərçivəsində həll olunması zəmanəti var" - deyə Azərbaycanın Rusiyadakı səfiri yekun vurub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti