...

OMON hadisələrinə görə axtarışda olan Azərbaycan vətəndaşı həbs olunub

Siyasət Materials 26 Aprel 2008 14:14 (UTC +04:00)
OMON hadisələrinə görə axtarışda olan Azərbaycan vətəndaşı həbs olunub

Azərbaycan, Bakı, 26 aprel / Trend , müxbir K.Zərbalıyeva/ !995-ci ilin mart hadisələrində iştirak etdiyi üçün beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı həbs olunub.

DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) 1995-ci il martın 13-də dövlət çevrilişinə silahlı cəhd göstərib.

Bundan sonra hökumət qüvvələri ilə OMON arasında silahlı qarşıdurma yaranıb. Martın 17-də qiyamın qarşısı alınıb və OMON-un komandiri və daxili işlər nazirinin müavini Rövşən Cavadov həlak olub.

OMON-un üzvlərinin əksəriyyəti hadisədən sonra həbs olunub və bir qrup üzvü isə xarici ölkələrə qaçıb.

DİN-in Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması (70-2) və müvafiq icazə olmadan soyuq silah gəzdirmə, hazırlama və ya satma (220-2-ci) maddələri ilə barəsində dövlətlərarası axtarış elan edilmiş Mənsur Quliyev Rusiya Federasiyasının Nijni Novqorod vilayətinin Kstovo şəhərində tutulub.

Quliyev həbs olunandan sonra Azərbaycana gətirilib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti