Azərbaycan, Bakı, 19 may/ Trend , müxbir Y.Əliyev/ Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun Azərbaycana rəsmi səfəri çərçivəsində, bazar ertəsi Bakıda yeddi ikitərəfli sənəd imzalanıb.
Ticarət-Sənaye Palataları arasında əməkdaşlıq haqqında, maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər, iki ölkə XİN arasında əməkdaşlıq haqqında protokol imzalanıb. İmzalanan sənədlər arasında beynəlxalq kombinasiya edilmiş yük daşınmaları haqqında; beynəlxalq avtomobil daşınmaları haqqında; standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində; gənclər və idman sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər var.
Sənədlər Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqların yekunları üzrə imzalanıb.