...

Azərbaycanın hakim partiyasının təşkilatçılığı ilə Qurtuluş bayramına həsr olunmuş konfrans keçirilib

Siyasət Materials 14 İyun 2008 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun/ Trend , müxbir E.Babayev/ "Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyev müstəqil dövlət quruculuğu platformasını hazırlayıb. Xalq və zamanla bir olmaq onun ən böyük qələbəsi idi", - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şənbə günü YAP-ın təşkilatçılığı ilə "Qurtuluş -15" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Trend -un arayışı: Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkədə yaranan siyasi xaosun qarşısını almaq üçün 1993-cü il iyunun 15-də Bakıya dəvət olunub və Ali Sovetin sədri seçilib.

Abutalıbov vurğulayıb ki, Heydər Əliyevin unikal siyəsətçi olmasını bir sıra amillər sübut edir. Onlardan biri də odur ki, tarixdə ilk dəfə şəxsiyyət xalqın arxasınca deyil, xalq onun arxasınca gedir. "Heydər Əliyev millətin atasına çevrilib. O, özündən sonra böyük bir siyasi məktəb qoyub gedib", - deyən Abutalıbov onu da bildirib ki, Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Şərq müdrikliyini və Qərb praqmatizmini özündə əks etdirən əməyi nəticəsində siyasi stabilliyi bərpa edib, vətəndaş müharibəsinin qarşısını alıb, səriştəsiz sələflərinin səhvlərini aradan qaldırıb.

Tədbirdə çıxış edən YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov isə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi işlər barədə geniş məruzə edib. "Heydər Əliyev etibarlı dövlətçilik bünövrəsi yaratdı və Azərbaycan sürətli inkişafa qədəm qoydu", - deyə Əhmədov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti