...

Avropa Dağlıq Qarabağ münaqişəsinin həllinə əhəmiyyətli dərəcədə yardım göstərə bilər – Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Siyasət Materials 8 İyul 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir S.Ağayeva/ Avropa Dağlıq Qarabağ münaqişəsinin həllinə əhəmiyyətli dərəcədə yardım göstərə bilər.

"Ermənistan-Azərbaycan münaqişəsi təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün ciddi çağırışdır. Münaqişənin nizamlanmasının yubadılması regional kontekstdə geniş miqyaslı əməkdaşlığın inkişafına və dərinləşməsinə əngəl törədir",- deyə Trend -a Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev bildirib.

Beynəlxalq təşkilatlar və iri dövlətlər qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyini" tanımır. O hesab edir ki, bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsindən xəbər verir. Onun sözlərinə görə, avropalı politoloqlar yaxşı başa düşürlər ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində əhəmiyyətli irəliləyişin olmaması, problemi Avropanın təhlükəsizliyinə təsir göstərməkdə davam edən həyəcan və stabilliyin pozulması amilidir. "Buna görə, Avropa yubadılan qarşıdurmanın tezliklə həllinə maraq göstərir. Bir çox məsələlərin, Avropa İttifaqı strukturlarının konstruktiv dialoqun inkişafına yeni imkanların yaradılması məqsədi ilə, ATƏT və Avropa Şurası ilə çoxtərəfli əməkdaşlığı nə dərcədə uğurlu inkişaf etdirəcəyindən asılı olmasına baxmayaraq, bu, nəticə etibarilə, problemin ədalətli və hərtərəfli nizamlanmasına gətirib çıxara bilər", - deyə Nuriyev qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti