...

Gürcüstandakı münaqişə dünyanı Rusiyadan çəkinməyə məcbur edəcək

Siyasət Materials 15 Avqust 2008 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust/ Trend , müxbir E.Tariverdiya/ Gürcüstanın Cənubi Osetiya ilə münaqişəsində Moskvanın hərəkətləri dünya ictimaiyyətini Rusiyadan ehtiyat etməyə məcbur edəcək, - ekspertlər hesab edirlər.

"ABŞ kimi, Aİ də Rusiyanın hərəkətlərindən getdikcə daha çox ehtiyat edəcək. Lakin Aİ-yə üzv ölkələrin əksər hökumətləri ona qarşı durmaqdan ehtiyat edəcəklər", - Rusiya üzrə amerikalı ekspert Mark Kats hesab edir.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcbur etmə əməliyyatının başa çatması barədə qərar qəbul edib, -RİA Novosti xəbər verir.

Katsın rəyinə görə, ABŞ və Aİ Cənubi Osetiya və hətta Gürcüstana görə Rusiya ilə müharibəyə getməyəcəklər. "Lakin Rusiyanın hərəkətləri Amerikanı Rusiyanın əhəmiyyətini tərəfdaş deyil, ciddi təhlükə kimi yenidən nəzərdən keçirməyə məcbur edəcək", - George Mason University-nin siyasət professoru Kats elektron poçtla Trend -ə bildirib.

Gürcüstan üzrə britaniyalı ekspert Kseniya Skvortsova (Ksenia Skvortsova) hesab edir ki, Rusiyanın ABŞ ilə münasibətləri artıq ciddi sınaqlara məruz qalıb və ABŞ ehtiyatla Moskvanın hərəkətlərini gözləyəcək.

Onun rəyinə görə, rusların Cənubi Osetiyadakı hərbi əməliyyatlarda iştirakı Rusiyanın Qafqaz regionunda təsirini davam etdirmək iddialarını və onun Osetiya və Abxaziya üçün tərəfdaş qismində etibarlı olmasını təsdiqləyib və bu, Qərbi xəbərdar etməyə bilməz.

Amerikalı politoloq Henri Heyl də (Henry Hale) hesab edir ki, vəziyyətin böhranlı olması artıq həm Rusiya-Aİ, həm də Rusiya-ABŞ arasındakı münasibətlərə zərər yetirib. Onun rəyinə görə, Moskva sülhün dəstəklənməsi üzrə əksər qərbli ekspertlərin sülhün pozulmasına sülhməramlıların ağıllı cavabı kimi nəzərdən keçirəcəkləri çərçivədən çıxıb.

"Təəssüf ki, Qərbin kütləvi informasiya vasitələri Kremlin "yaxın xaric"dən istifadə edərək, imperiyanı bərpa etməyi arzulaması stereotipini yaradaraq, Rusiya üçün vəziyyəti gücləndirirlər", - C.Vaşinqton Univeristeitnin politologiya professoru Heyl Trend -a bildirib.

ABŞ ilə münasibətlər bir də ona görə kəskinləşir ki, rusiyalı siyasətçilər böhranı yalnız Gürcüstan və Cənubi Osetiyanın mübarizəsi kimi deyil, Rusiya və NATO arasında geosiyası mübarizənin bir hissəsi kimi şərh edirlər, - Heyl hesab edir.

Britaniyalı politoloq Skvortsovanın rəyinə görə, Gürcüstan ərazisində münaqişəyə müdaxilə ilə əlaqədar, Rusiyanı hər kəsdən çox məhz ABŞ tənqid edəcək.

"Prezident Buş daim prezident Saakaşvili ilə sıx şəxsi münasibətlər saxlayıb və ABŞ aşkar şəkildə rus hərbçilərini hərəkətlərini tənqid edib", - Cotton Centre Risklərə Nəzarət Mərkəzinin (London) eksperti Skvortsova Trend -a bildirib.

Eyni zamanda, Rusiya çox sahələrdə ABŞ -ın strateji tərəfdaşı kimi qalmalıdır, Skvortsova hesab edir. Onun sözlərinə görə, bu xüsusilə də beynəlxalq təhlükəsizlik sahəsində olmalıdır, belə ki, ABŞ - a Rusiyanı dayandırmaq üçün əməli yolları tapmaq çətin olacaq.

Skvortsovanın sözlərinə görə, daha uzunmüddətli perspektivdə Rusiya-Amerika münasibətləri trayektoriyasına ABŞ - da noyabr seçkilərinin nəticələri əhəmiyyətli təsir edəcək.

Politoloqların rəyinə görə, Qərbin nəzərində Gürcüstandakı münaqişə Rusiya prezidentinin adına ciddi təsir edib.

Skvortsovanın rəyinə görə, çoxları ümid edirdilər ki, prezident Medvedyevin rəhbərliyi altında hazırki siyasi xətt bir qədər yumşalacaq. İndi isə başqa cür düşünürlər və Rusiya üçün beynəlxalq tərəfdaşları özünün obyektivliyinə inandırmaq çətin olacaq,- ekspert hesab edir.

Amerikalı ekspert Heyl də hesab edir ki, qarşılıqlı etibarın pisləşməsi Rusiya - Qərb münasibətlərinə müsbət istiqamətdə təkan verməyə qadir olduğu görünən Rusiya prezidenti Medvedyevə zərər yetirib. "Lakin Rusiyanın ən yaxın vaxtlarda hərbi əməliyyatları dayandırması və gürcü rəhbərliyi ilə danışıqlara hazır olması, Rusiyanın ABŞ və Aİ ilə münasibətlərini yaxşılaşdıra bilər", - ekspert bildirib.

Skvortsova hesab edir ki, Aİ ilə münasibətlər o qədər də sərt nəzərdən keçirilməyəcək.

"Aİ münaqişəni pisləyib, lakin öz qiymətləndirməsində ehtiyatlı olub, - ekspert qeyd edib - müəyyən dərəcədə ona görə ki, Aİ əvvəlki kimi enerji təhlükəsizliyi və Rusiyadan qaz nəqli ilə bağlı narahatdır".

Politoloqun sözlərinə görə, son hadisələr Aİ və Rusiya arasında istənilən dialoqu daha da çətinləşdirəcək , həmçinin, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması perpsektivlərinə mənfi təsir edə bilər.

1990 - cı ilin əvvəlində Rusiyanın dəstəyi ilə Gürcüstanın Cənubi Osetiya Muxtar Respublikası ölkənin tərkibindən çıxıb və öz müstəqilliyini elan edib. Nəticədə, regionda müharibə başlayıb və Gürcüstan ərazi bütövlüyünü bərpa edə bilməyib. Dünya ölkələri və beynəlxalq təşkilatlar Cənubi Osetiyanın müstəqilliyini tanımır. 10 ildən çox davam edən sülh danışıqları heç bir nəticə verməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti