...

Abdullah Gülün Ermənistana səfərinə hər şey hazırdır-Serj Sarkisyan

Siyasət Materials 29 Avqust 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust/ Trend , müxbir.R.Hafizoğlu/ Ermənistan prezidenti Serj Sarkisyan CNN telekanalına verdiyi müsahibəsində Türkiyə prezidenti Abdullah Gülün Yerevan səfərinə hər cür hazırdıq görüldüyünü bildirib.

"Qonşuların bir-birini baş çəkməsi çox normaldır və bu səfəri tərfələrə təzyiq kimi qarşılamağa dəyməz " -deyə Sarkisyan əlavə edib.

Ermənistan prezidenti Sarkisyan bildirirb ki, Ermənistanda heç bir dövlət rəsmisi Türkiyəyə qarşı rəsmi torpaq iddiasında olmasa da, Türkiyədə hələ də Ermənistanın bir dövlət kimi mövcud olmadığını düşünən qurumlar mövcuddur.

"Türkiyə ilə Ermənistan arasında torpaq problemi olsa da, bu , iki dövlət arasında diplomatik əlaqələrin qurulmasına əngəl deyil. Rusiyanın Çin və Yaponiya ilə torpaq problemi var, lakin bu dövlətlərin rəsmi diplomatik əlaqələri var" - deə o əlavə edib.

Qafqazdakı münaqişələrlə bağlı suallara cavab verən Ermənistan prezidenti Dağlıq Qarabağ və Cənubi Osetiya arasında oxşar və fərqli cəhətlərin olduğunu bildirirb.

"Cənubi Osetiya və Dağlıq Qarabağ problemi arasında oxşar və fəqli cəhətlər var. Lakin biz bu cəhətləri deyil, problemin hərbi yolla həllinin nə ilə nəticələnə biləcəyini düşünməliyik " - deyə o qeyd edib.

Erəmnistan -Azərbaycan əlaqələrinə münasibət bildirən Sarkisyan iki dövlət arasında əlaqələrin inkişafının Azərbaycanda prezident seçkisinin nəticəsindən asılı olacağını bildirib.

Xəbər lenti

Xəbər lenti