...

Gürcüstan rəhbərliyinin Haaqa Məhkəməsində təhqiqatla bağlı gözləmələri müsbətdir

Siyasət Materials 8 Sentyabr 2008 18:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan rəhbərliyinin Haaqa Məhkəməsində təhqiqatla bağlı gözləmələri müsbətdir, - Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze hökumətin iclasından əvvəl bəyan edib.

Onun sözlərinə görə, Məhkəmənin xüsusiyyətindən çıxış edərək, əvvəlcə texniki iclas keçiriləcək və iclasda iddianın hüquqi hissəsinə baxacaqlar. Etnik təmizləmə məsələsinə baxılmasına gəlincə isə, Kalandadze bəyan edir ki, ölkə öz mövqeyini təsdiqləyən xeyli arqument təqdim edib. Lakin Gürcüstanın xarici işlər naziri vurğulayıb ki, məsələnin xüsusiyyətindən çıxış edərək, nəticələr təcili olmayacaq, belə ki, onların nəzərdən keçirilməsi müəyyən vaxt tələb edir.

Beynəlxalq Haaqa Məhkəməsi bazar ertəsi Gürcüstanın Rusiyaya qarşı iddiasına baxmağa başlayıb. Prosesdə Gürcüstan tərəfini ədliyyə naziri Nika Qvaramiya təmsil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti