...

Əfqanıstanda sabitliyin təmin olunmamasının əsas səbəbi Talibanla mübarizədə düzgün strategiyanın qurulmaması ilə bağlıdır - İslami Birlik partiyasının rəhbəri

Siyasət Materials 24 Oktyabr 2008 13:25 (UTC +04:00)

Əfqanıstan, Kabil, 24 oktyabr / , müxbir A. Həkimi/ Əfqanıstanda terror, qətl və oğurluq hallarının artması, bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur. Bundan başqa, bu faktların artması hökumətin terrorizmlə mübarizədə acizliyini də göstərir.

Əfqanıstan Milli Şurasında nümayəndə və İslami Birlik partiyasının rəhbəri Məhəmməd Mühəqqiq Trend -a bildirib ki, ölkədə təhlükəsizliyin pozulması faktlarının artması Talibanla mübarizədə düzgün strategiyanın olmamasını göstərir.

Əfqanıstanın daxili işlər naziri Məhəmməd Hənif Ətmər cümə axşamı bildirib ki, Əfqanıstanda törədilən cinayətlər siyasi cəhətdən dəstəklənir. Son bir neçə gündə Qəndəhar-Herat yolunda qiyamçılar tərəfindən 40 nəfərin qətlə yetrilməsi təhlükəsizliyin pozulması faktlarının artmasına sübutdur. Əfqanıstanın paytaxtı Kabildə də silahlı basqın, adam oğurluğu faktları getdikcə artmaqdadır.

Mühəqqiq bildirib ki, hazırda ölkədə sabitliyin pozulması faktları artmaqdadır və ötən bir il ərzində Əfqanıstanın 16 vilayətində ötən illərlə müqayisədə təhlükəsizlik daha pis vəziyyətdədir.

"Milli Şurada Helmənd nümayəndələrinin bildirdiyinə görə, həmin vilayətlərdə 13 dövlət strukturundan 12-sinin rəhbərliyi Talibana tabedir", - deyə Mühəqqiq cümə axşamı Trend -a bildirib.

Mühəqqiq əlavə edib ki, Ərzeqan vilayətinin də bəzi regionları Talibanın əlindədir və ölkənin cənubundakı qeyri-sabitlik tədricən şimala doğru yayılmaqdadır. Həmçinin Əfqanıstanın Bağdis vilayətində sabitliyin pozulması hallarının artdığını bildirən Mühəqqiq bu vilayətin mərkəzi hissəsinin də Talibanın əlində olduğunu qeyd edib.

Bu həftə Herat nümayəndələri təhlükəsizliyin pozulması, oğurluq və silahlı basqınların artmasına etiraz olaraq aksiya keçiriblər. Onlar hökumətin bu məsələlərdə etinazıslığını tənqid ediblər.

Mühəqqiq ölkədəki sabitliyin pozulmasında dölvəti müqəssir bilir. O bildirib ki, dövlətin Talibanla mübarizədə düzgün strategiya tutmaması, terrorizmə qarşı dəqiq plan hazırlamaması Əfqanıstanın gələcəyini təhlükə altına qoyur.

Onun sözlərinə görə, terrorizmlə mübarizədə düzgün strategiyanın olmaması koalisiya qüvvələrinin də işini mürəkkəbləşdirir.

Ekspertlərin fikrincə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün məqsədyönlü və razılaşdırılmış şəkildə tədbirlər görülməlidir. Onların fikrincə, yalnız bu halda müvəffəqiyyət əldə etmək olar. Əfqanıstan ictimaiyyətinin hazırki şəraitdə əsas tələbi isə hökumətin bu istiqamətdə düzgün qərar verməsi və qəti addamlar atması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti