...

Qəzza Zolağında aparılan müharibə ilə İsrail uşaqların və mülki vətəndaşların ölümünə nail oldu - Türkiyənin baş naziri

Siyasət Materials 18 Yanvar 2009 22:05 (UTC +04:00)

Belçika, Brüssel, 18 yanvar/ Trend , müxbir A.İsmaylova/ Qəzza Zolağında aparılan müharibə ilə İsrail uşaqların və mülki vətəndaşların ölümünə nail oldu. Bu barədə bazar günü, 18 yanvar tarixdə, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Avropada yaşayan türklərlə görüşü zamanı deyib. "İsrailin nail olmaq istədiyi bu idi?", o deyib.

Onun sözlərinə görə, son üç həftə ərzində Qəzzada insan haqları pozulurdu və BMT-nin qərarlarına burada hörmət olunmurdu.

2008-ci ilin dekabr ayının 19-da HƏMAS və İsrail arasında yarım illik atəşkəs rejimi formal olaraq bitmişdir. Bundan dərhal sonra HƏMAS döyüşçüləri Aşkelon və Netivot şəhərlərinə raket və mina atan mərmilər buraxmışlar.

İsrailin Qəzza Zolağında keçirdiyi əməliyyat zamanı ölənlərin sayı 1200 keçib. İsrail hərbiçiləri isə 13 əskərin ölməsini bildiriblər.

Yanvarın 17-də İsrailin baş naziri Ehud Olmert İsrailin Qəzzada hərbi əməliyyatları birtərəfli qaydada dayandırmaq qərarına gəldiyini deyib, lakin qoşunları anklavdan çıxarmayacağını bildirib. Bu gün isə HƏMAS israil ərazilərinin atəşə tutmasını yanvarın 25 kimi dayandırdığını deyib.

Xəbər lenti

Xəbər lenti