Mitçellin Yaxın Şərqə səfəri Fələstin -İsrail barışığının imzalanmasına kömək etməyəcək

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir Ü.Sadıqova/ ABŞ - ın Yaxın Şərqdəki xüsusi nümayəndəsi Corc Mitçellin Misirə, Fələstinə və İsrailə səfəri İsrail və HƏMAS arasında barışığın imzalanmasında başlanğıc ola və qaçaq silahın daşınmasını dayandıra bilər.
Lakin ekspertlər Barak Obamanın Yaxın Şərq siyasətini balanslaşdırılmamış hesab edirlər. Belə ki, o, Suriya hökuməti, Livanın nüfuzlu Hizbullah təşkilatı və HƏMAS hərəkatı kimi, ABŞ - ın əleyhinə çıxış edən ərəb siyasi qurumlarının rəyinə etina göstərmir.

Obama Fələstinin HƏMAS hərəkatı ilə danışıqlar aparmaqdan imtina edib və ABŞ - la diplomatik əlaqələri olmayan İranyönlü Suriya ilə münasibətlər barədə heç bir bəyanat verməyib, - Röyter agentliyi Ağ Evin rəsmi şəxslərinə istinadən xəbər verib.

ABŞ - ın xüsusi nümayəndəsi bu həftə Misir prezidenti Hüsnü Mübarəklə görüşdə Misirdən Qəzzəyə silah qaçaqmalçılığının dayandırılması və İsraillə Fələstin arasındakı NBM - in açılmasını müzakirə edib, - BBC Russian saytı xəbər verib.

Mitçellin Misir, Fələstin və İsrail rəhbərləri ilə danışıqlarının mövzusu HƏMAS və İsrail arasında Qəzzə Zolağında hərbi münaqişəyə son qoyacaq uzunmüddətli barışığın imzalanması olub.

İsrailin Qəzzədə 22 günlük hərbi əməliyyatı nəticəsində təxminən 1300 fələstinli həlak olub, 5000 çox insan yaralanıb, - BBC fələstinli mənbələrə istinadən xəbər verib.

"Obamanın siyasəti balanslaşdırılmayıb. Belə ki, onun elçisi [Mitçell] Yaxın Şərqdə ABŞ -ın siyasəti əleyhinə olan Suriya, Livan kimi ölkələrlə danışıqlar aparmır", - Nikola Pratt (Nicola Pratt), Britaniyanın Yaxın Şərq Araşdırmaları Jurnalının (British Journal of Middle East Studies) redaktor köməkçisi telefonla Trend - a bildirib.

Mitçellin sözlərinə görə, ötən həftə xüsusi nümayəndə vəzifəsinə təyin edildikdən sonra, regiona edilən ilk səfər ABŞ - ın Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq istəyini nümayiş etdirməlidir, - BBC - nin saytı xəbər verib.

Mitçelin səfəri Fələstin - İsrail probleminin həlli üçün faydalı olmayacaq;o, 2006 - cı ildə Fələstin parlamentinə seçildikdən sonra, Yaxın Şərqdə münaqişələrin həllində əhəmiyyətli iştirakçı olan HƏMAS -l a danışıqlar aparmayacaq, - Pratt hesab edir.

Obamanın siyasətini balanslaşdırılmış hesab etmək olmaz; o, Səudiyyə Ərəbistanı, Misir, İordaniya ilə - ABŞ - ın müttəfiqləri ilə danışıqlar aparır, Vaşinqtonun əleyhinə çıxış edən ərəb ölkələrinin səsi isə, eşidilməz qalır.

"Bir dəfə Obama deyib ki, o, müsəlman dünyasını dinləyəcək. Lakin eyni zamanda, Qüdsü İsrailin bölünməz paytaxtı kimi tanıyıb. Bu isə, beynəlxalq hüququ pozur", - Şərqi İngiltərə  Universitetinin (University of East Anglia) beynəlxalq münasibətlər üzrə mühazirəçisi Pratt hesab edir.

1967 - ci ildə Altıgünlük müharibədən sonra İsrail Qüdsün Şərq hissəsini işğal edib, 1980 -ci ildə isə, Qüdsü öz paytaxtı elan edərək, İsrail parlamenti - Knesseti və bir çox xarici səfirlikləri burada yerləşdirib. Fələstin hökuməti Qüdsü ,1948 - ci ildə Fələstin ərazilərinin işğalınadək olduğu kimi, öz paytaxtı hesab edir. Lakin BMT və beynəlxalq təşkilatlar Şərqi Qüdsün birtərəfli ilhaqını tanımırlar və ona neytral status veriblər.

Münaqişəli vəziyyət fonunda Mitçellin regiona səfəri ABŞ - ın xarici siyasətində Yaxın Şərqdəki problemlərin həllinin vacibliyini və Obamanın regionun problemləri ilə yaxından tanış olmaq səylərini göstərir. Lakin ekspertlər Obamanın öz gələcək planlarını aydınlaşdırmadan vaxtı uzatdığını hesab edirlər.

Mitçelli xüsusi nümayəndə vəzifəsinə təyin edən Obama bəyan edib ki, "Mitçellin münaqişələrin həllində olan diplomatik təcrübəsinə və bunun Yaxın Şərqdəki münaqişələri həll etməyə kömək göstərəcəyinə inanır".

Əvvəllər Mitçell Şimali İrlandiyada dinc yolla nizamlamada fəal iştirak edib və bəyan etdiyinə görə, "Şimali İrlandiyada dinc yolla nizamlamada təcrübəsi Yaxın Şərq kimi belə çətin regionda ona nikbinlik üçün əsas verir", - BBC - nin saytı xəbər verib.

Lakin Barak Obama Yaxın Şərq siyasətində Corc Buşun davamçısı deyil, onun üçün başlıca məsələ ABŞ - ın strateji marağını qorumaqdır. Bu isə, İsrailin təhlükəsizliyidir, - Misirin Yaffa Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Rüfət Seyid Əhməd hesab edir.

"ABŞ - ın siyasəti şəxsiyyətin dəyişməsi ilə yox, hökumətin əvəzlənməsi ilə dəyişir. Buna görə də, Obama Fələstin - İsrail problemini həll edə bilməyəcək", - Seyid Əhməd Qahirədən telefonla Trend - a bildirib.

Əhmədin rəyinə görə, İsrail və ABŞ  arasında strateji əməkdaşlıq müqaviləsi olduğundan, ərəb dünyasına Vaşinqtonun Yaxın Şərqdəki xarici siyasətində köklü dəyişikliklər gözləmək lazım deyil.

"Hesab edirəm ki, Obama bəyanatları [ərəb ölkələri ilə sülh haqqında] yalnız publika üçün edir, - Əhməd deyib. - Əslində,  o, Fələstin dövlətinin mövcudluğunu, ərəblərin Qüdsə olan hüququnu və yəhudi məskənləri tikintisinin dayandırılmasının inkar edərək, İsraili dəstəkləməkdə davam edəcək.

Mitçellin Yaxın Şərqə səfərinin məqsədlərindən biri ABŞ - ın ərəb ölkələri ilə dinc əlaqələrdə maraqlı olmasına inandırmaq və yeni administrasiyanın regiondakı münaqişənin həllində çevik siyasəti barədə İsrailə məlumat ötürmək səyi olub, - İordaniyanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin rəhbəri Cavad Mahmum əl-Həmid hesab edir.

"ABŞ - ın hər iki administrasiyası, demokratlar və respublikaçılar administrasiyalarının Yaxın Şərq üçün strateji planı var, - əl - Həmid Əmmandan telefonla Trend - a bildirib. - ABŞ üçün başlıcası neftdir. Lakin diplomatik hərəkət etməsinə görə, Buşla müqayisədə Obamanın ərəb ölkələri ilə sülh üçün daha çox şansı var".

Corc Mitçellin regiona birinci səfəri Fələstində humanitar problemi, eləcə də tunellər vasitəsilə Qəzzəyə qaçaq silahın daşınması problemini həll etməyə kömək edəcək. Lakin əsas məsələnin - Fələstin - İsrail barışığı məsələsinin həlli üçün bu kifayət deyil, - Vaşinqton Sülh İnstitutunun Ərəb Ölkələri Siyasəti Proqramının (Program on Arab Politics at The Washington Institute) direktoru Devid Şenker (David Schenker) hesab edir.

Obamanın Yaxın Şərqdəki gələcək planlarının uğurundan danışmaq hələ tezdir, - İsrailin Hayfa Universitetinin professoru Amatsiya Baram (Amatzia Baram) hesab edir.

"Əvvəlcə ərəb və Qərb ölkələrinin vasitəçiliyi ilə Misir sərhədindən Qəzzəyə qaçaqmalçılıq problemini həll etmək lazımdır", - Baram telefonla Trend - a bildirib.

Hətta qaçaq silah daşınmalarının səviyyəsi 50 - 70 faiz azalsa belə, bu, vacib uğur olacaq, - israilli analitik hesab edir.

"Bİz Yaxın Şərqdəki problemin həllinin nə dərəcədə mümkün olduğunu bilməsək də, Hillari Klinton və Corc Mitçellin siyasətdəki təcrübəsi buna ümid verir", - o deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər (VİDEOYAYIM)
Şuşada “Xarıbülbül” festivalı (VİDEOYAYIM)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Bütün xəbərlər