...

Rusiya Gürcüstanın münaqişə əraziləri ilə bağlı sülh təşəbbüslərini dayandırıb

Siyasət Materials 23 Fevral 2009 17:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 fevral / Trend , müxbir N.Kirtsxaliya / Rəsmi Tbilisi Moskvanı münaqişə ocaqlarında sülh təşəbbüslərini dayandırmaqda günahlandırır.

"Rusiya bəzən birbaşa və yaxud yaratdığı əlaltı rejimlərin vasitəsi ilə münaqişə ocaqlarındakı sülh cəhdlərini pozmağa çalışır", - Gürcüstan XİN-inin mətbuat və çap departamentinin şərhində deyilir.

Şərh Rusiya xarici işlər nazirinin müavini Vladimir Titovun 19 fevral tarixində "İnterfaks" agentliyinə Gürcüstanda "Kosovo presedenti" haqqında verdiyi müsahibədə deyilənlərə həsr olunub.

"Biz dəfələrlə Rusiya rəsmilərinin beynəlxalq ictimayyəti çaşdırmaq məqsədi ilə atdığı zəif və nəticəsiz addımlarını qeyd etmişik. Bu dəfə biz Rusiya Xarici Siyasət İdarəsinin yüksək vəzifəli şəxsinin abırsızcasına tanınmamış respublikaların "mühüm məsuliyyətli addımları" barədə danışdığını görürük. Görünür Titovun "məsuliyyətli addım" ifadəsi dinc sakinlərin öldürülməsi, Gürcüstan rəsmilərinə qarşı terror aktları, kəndlərin atəşə tutulması və insan haqlarının kobud pozulmasıdır", - Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat və çap departamentinin şərhində qeyd olunur.

Şərhdə deyilir ki, Rusiya xarici işlər nazirinin müavini nəinki Gürcüstan tərəfinin səylərini, beynəlxalq ictimayyətin də münaqişənin həlli istiqamətində atdığı addımları barədə bir sözh belə deməyib.

"Bu təəcüblü görünməməlidir. Çünki Rusiyanın apardığı irimiqyaslı hərbi əməliyyat etnik təmizləmə və Gürcüstan ərazisinin 20% işğalı ilə nəticələndi", - Gürcüstan xarici siyasət idarəsinin məlumatında xüsusi qeyd olunur. 

"Rusiya rəsmiləri çox gözəl anlayırlar ki, 90-lardan bəri Gürcüstan əleyhinə apardıqları cinayətkar siyasət nəticəsində beynəlxalq təcridlə üz-üzədirlər. Əməllərini ört-bastır etməkdən ötrü isə hər dəfə absurd bəyanatlar verərək öz ictimaiyyətini aldadırlar", - Gürcüstan Xarici Siyasət İdarəsinin mətbuat və çap departamentinin şərhində vurğulanır.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti