...

Azərbaycanın müxalif partiyalarının təsis etdiyi təşviqat qrupu referendumun nəticələri ilə bağlı məhkəməyə şikayət verdi

Siyasət Materials 2 Aprel 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bаkı, 02 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın bir qrup müxalif partiyası və ictimai təşkilatlarının təsis etdiyi təşviqat qrupu Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri ilə razılaşmadığından məhkəməyə müraciət edib.

"Hərəkatın səlahiyyətli nümayəndələri iddia ərizəsini bu gün Səbail Rayon Məhkəməsinə göndərib", - cümə axşamı Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend -un arayışı: MSK martın 23-də ölkə Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendumun nəticələrini təsdiq edib.

Azərbaycan MSK-nın səsvermənin yekunu üzrə elan olunan yekun nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər ölkə seçicilərinin 87-91 faizi tərəfindən dəstəklənib.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaksiyasının, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaksiya ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Hacılının sözlərinə görə, hərəkat Mərkəzi Seçki Komissiaysının referendumun nəticələri ilə bağlı qəbul etdiyi qərar hərəkatın səsvermə günü həyata keçirdiyi müşahidələrlə üst-üstə düşmür. "Bu səbəbdən biz MSK-nın qərarından məhkəməyə şikayət etmək məcburiyyətində qalmışıq", - Müsavatın funksioneri əlavə edib.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Demokrat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Müsavat, Ümid partiyaları və bis neçə ictimai-siyası təşkilat təsis edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti