...

ABŞ-ın Azərbaycandakı səfirliyi ali məktəbdə baş verən faciə ilə bağlı başsağlığı verib

Siyasət Materials 30 Aprel 2009 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir C.Babayeva /

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Dövlət Neft Akademiyasında baş verən faciədə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. 

"Bakıda və dünyanın digər yerlərində yaşayan amerikalılar bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə ilə əlaqədar Azərbaycan xalqı ilə dərdini bölüşür və onların yanında olduqlarını bildirir", - səfirliyin cümə axşamı verdiyi başsağlığında bildirilib.   

Trend -un arayışı: Bu gün səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda silahlı şəxs atışma törədib. İlkin məlumatlara əsasən, 12 nəfər həlak olub, 13 nəfər yaralanıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Cinayət "Makarov" tipli tapança ilə törədilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti