...

Gürcüstanın Milli Forumu öz tərəfdarlarını radikal müxalifətin "kamera"larından geri çağırıb

Siyasət Materials 27 May 2009 19:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Milli Forumu öz tərəfdarlarını radikal müxalifətin Azadlıq meydanında qurduğu "türmə kamera"larından geri çağırıb.

Forumun ofisində deyilib ki, bu barədə qərar axşam saatlarında verilib. Məhz axşam vaxtı təşkilatın bütün 55 kameradakı tərəfdarları geri çağırılıb.

Yayılan informasiyaya görə, Milli Forum bundan sonra öz planları üzrə fəaliyyət göstərmək niyyətindədir. Bu planlar barədə daha dolğun məlumatı liderlər mayın 28-də səsləndirəcəklər.

Milli Forum aprelin 9-dan bu günədək radikal müxalifətin aksiyalarını keçirən "9 aprel" təşkilat komitəsinə daxil olan ən ciddi siyasi təşkilatlardandır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti