...

Azərbaycan parlamentinin üzvü anadan olan uşaqlara görə ödənilən müavinətlərin artırılmasını təklif edir

Siyasət Materials 24 İyun 2009 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin üzvü anadan olan uşaqlara görə verilən birdəfəlik müavinətlərin artırılmasını təklif edir.

"Mən bunu layihə kimi həm Milli Məclis Aparatının rəhbəri Səfa Mirəzyevə, həm də Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə təqdim etmişəm", - çərşənbə günü Trend -a millət vəkili Elmira Axundova bildirib.

Axundovanın sözlərinə görə, layihənin həyata keçirilməsi bu il maliyyə azlığı səbəbindən mümkün olmayacaq. "Layihənin 2010-cu ildə müzakirəyə çıxarılması gözlənilir", - deputat əlavə edib.

Axundova deyib ki, Azərbaycanda yeni doğulan uşaqlara görə verilən birdəfəlik müavinətlər çox aşağıdır. "Qazağıstanda və Ukraynada birinci doğulan uşağa görə 155 dollar verilir, ikinci dəfə isə 300 dollar ödənilir. Azərbaycanda isə ilk doğulan uşağa görə birdəfəlik müavinət 50 manatdır", - deputat vurğulayıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti