...

NATO-nun yeni baş katibi alyansın Cənubi Qafqazdakı siyasətini dəyişməyəcək – NATO-nun nümayəndəsi

Siyasət Materials 5 Avqust 2009 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir E.Ostapenko /

NATO-nun Cənubi Qafqaza dair siyasəti yeni baş katib Anedrs Foq Rasmussenin gəlişi ilə əsaslı şəkildə dəyişilməyəcək, NATO-nun rəsmi nümayəndəsi Ceyms Appaturay (James Appathurai) bildirib.

"Cənab Rasmussen hər hansı ciddi bir dəyişiklik haqqında bəyanat verməyib. Düşünürəm ki, hər hansı mühim dəyişikliklər gözlənilmir", - Appaturay çərşənbə axşamı Trend -a Brüsseldən telefonla bildirib.

"Yeni baş katib Cənubi Qafqaz ölkələri də daxil olmaqla öz tərəfdaşlarına dair NATO-nun başlıca prinsiplərinə sədaqətli olduğunu bildirib", - Appaturay qeyd edib.

"Rasmussen bu regionda (Cənubi Qafqaz) əməkdalığa, istiqlaliyyət və suveren dövlətlərin müstəqilliyinə sədaqətini nümayiş etdirib", - Appaturay bildirib.

NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı əsasən "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin "Planlaşdırma və analiz prosesi" proqramları çərçivəsində həyata keçirilir. Bu sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətləşmələrin keçirilməsi üzrə məqsədləri və niyyətləri müəyyən edilib.

Cənubi Qafqaz ölklərinin NATO ilə əməkdaşlığı Avropaya inteqrasiya və regionda təhlükəsizlik və stabilliyin təmin olunması yolunda addım kimi qiymətləndirilir.

Appaturayın sözlərinə əsasən, NATO-nun yeni baş katibinin əməkdaşlıq prinsiplərinə sadiqliyi özündə böyük ölkələrin kiçik ölkələrə öz istəklərini zorla qəbul etdirməsi kimi ideyaların qəbul edilməməsini ehtiva edir.

Danimarkalı Anders Foq Rasmussen NATO-nun baş katibi vəzifəsinə bu vəzifədə beş il fəaliyyət göstərən hollandiyalı Yaap de Hoop Sheffferi əvəzləyərək avqustun 1-də təyin olunub.

NATO-nun ümumiyyətlə müsəlman dünyası ilə əməkdaşlığı haqqında danışarkən Appaturay NATO-nun müsəlman ölkələri ilə iki istiqamətdə inkişaf edən yaxşı tarixi münasibətlərini qeyd edib.

İlk növbədə bu yardım etmək yoludur. Appaturay bura NATO-nun Kosovoya, xüsusilə də müsəlman əhalisinə yardımını, Əfqanıstandakı ekstremistlərə qarşı mübarizəni və əksəriyyəti müəslman olan əfqan xalqına yardımı aid edib.

Tərəfdaşlıq münasibətlərinə gəldikdə isə o bildirib ki, NATO-nun bir çox müsəlman ölkələri ilə Aralıq dənizi dialoqu çərçivəsində, əsasən müsəlman əhalisi ilə İstanbul əməkdaşlıq təşəbbüsü daxilində yaxşı tərəfdaşlıq münasibətləri mövcuddur.

"Cənab Rasmussen buna əsaslanaraq münasibətlər qurmaq istəyir. Müsəlman ölkələri ilə əməkdaşlığın dərinləşməsinə sadiqlik və hörmət onun prioritetləridir", - Appaturay bildirib.

Rasmussen Şimali Atlantika Alyansının rəhbəri vəzifəsinə NATO-nun apreldə keçirilən yubiley sammmitində seçilib. Son ana kimi onun vəzifəyə gəlib-gəlməyəcəyi aydın deyildi.

NATO-nun 27 üzvü Danimarka Baş nazirinin namizədliyini dəstəkləsə də, Türkiyə bundan imtina edib. Bununla belə, tərəfdaşlar Rasmussenin kürd radiostansiyasını bağlamağa kömək edəcəyi, həmçinin Məhəmməd Peyğəmbərin karikaturaları ilə əlaqədar "mənəvi təzminat" məsələsinin müzakirə ediləcəyi vədləri müqabilində Türkiyə rəhbərliyini buna razı sala bildilər.

Buna kimi isə 56 yaşlı Rasmussen Türkiyənin Məhhəməd Peyğəmbərin karikaturalarını dərc edən Danimarka qəzetinin üzr istəməsi və bütün karikaturaları yığışdırması tələblərindən imtina edirdi. Danimarkalı baş nazir o zaman mətbuat azadlığını əsas gətirir, Ankara isə onu anti-müsəlmançılıqda günahlandırırdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti