...

Azərbaycan sərhədçiləri axtarışda olan 121 nəfəri saxlayıb

Siyasət Materials 7 Avqust 2009 17:57 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ötən ay axtarışda olan 121 nəfəri sərhəddə yaxalayıb.
Azərbaycan sərhədçiləri axtarışda olan 121 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 07 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ötən ay axtarışda olan 121 nəfəri sərhəddə yaxalayıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.

İyul ayı ərzində 27 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Saxlanılan 41 sərhəd pozucusundan 19-u Azərbaycan, 9-u Gürcüstan, 4-ü Rusiya, 3-ü Çin, hər ölkədən 2 nəfər olmaqla Türkiyə və İran, hər ölkədən bir nəfər olmaqla Əfqanıstan və Ukrayna vətəndaşlarıdır.

Sərhəd rejim qaydalarını pozduqları üçün 288 halda 443 nəfər, vizası olmadığı üçün 91 halda 121 nəfər, vizalarının müddəti qurtardığı üçün 53 halda 60 nəfər, müvafiq sənədləri olmadığı üçün 32 halda 52 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay sərhədçilər qanunsuz dövriyyədən 23 kiloqramdan artıq narkotik çıxarıb.

Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycana məxsus bir gəmi və bir qayıq, Rusiyaya məxsus bir gəmi saxlanılıb.

Hesabat dövründə 43 halda ümumi dəyəri 278 min manat olan qaçaqmal müsadirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti