...

Ermənistan demoqrafik problemlə üz-üzədir - azərbaycanlı politoloq

Siyasət Materials 3 Dekabr 2009 14:16 (UTC +04:00)
"Ermənistanda sözün əsl mənasında ciddi demoqrafik böhran yaşanmaqdadır. Qısa müddət ərzində bu qədər əhalinin ölkəni tərk etməsi ciddi siqnaldır və bu problem tez bir zamanda həll olunmayacaq", - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu cümə axşamı Trend Xəbərlər Şirkətinin mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib.
Ermənistan demoqrafik problemlə üz-üzədir - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 3 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Azərbaycanlı politoloqlu hesab edir ki, hazırda Ermənistan demoqrafik problemlə üz-üzədir.

"Ermənistanda sözün əsl mənasında ciddi demoqrafik böhran yaşanmaqdadır. Qısa müddət ərzində bu qədər əhalinin ölkəni tərk etməsi ciddi siqnaldır və bu  problem  tez bir zamanda  həll olunmayacaq", - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu cümə axşamı Trend Xəbərlər Şirkətinin mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib.

Politoloqun sözlərinə görə, erməni siyasətçiləri və ekspertləri demoqrafik böhranın düzələcəyini və ölkədə populyasiyanın artacağını gözləyirdilər.

"Bir il müddətinə aparılan tədqiqatlar onu göstərir ki , Ermənistanda depopulyasiyası başlayıb. Bütün bunlarla yanaşı, ölkəni tərk edən erməni vətəndaşların sayında da ciddi artım müşahidə olunur", - deyə o əlavə edib.

Politoloqun fikrincə, Ermənistan beynəlxalq yardımları hərbi büdcəsinin güclənməsinə yönəldir.

"Ermənistan Avropadan və bir sıra ölkələrdən aldığı humanitar yardımı hərbi büdcəsinin gücləndirməyə yönəldir", - deyə Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistana ayrılan maddi yardım təyinatı ilə istifadə edilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti