...

Gürcüstana Moskvadan gələn vətəndaş H1N1 virusundan vəfat edib

Siyasət Materials 4 Yanvar 2010 15:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 4 yanvar / Trend , müxbir N.Kirtsxalia/

Gürcüstanda H1N1 virusundan daha bir nəfər - 42 yaşlı kişi vəfat edib. O, Moskvadan Gürcüstana yeni il bayramına gəibmiş.

Kutaisi İnfeksion Xəstəlikləri Xəstəxanasının həkimlərinin verdiyi məlumata görə, xəstə yanvarın birində ağır vəziyyətdə xəstəxanaya gətirilib. Xəstədə ikitərəfli pnevmaniya və həmçinin hepatit S xəstəliyi aşkarlanıb.

Bu, Gürcüstanda "donuz qripi"ndən 16-cı ölüm halıdır. Ümumilikdə 1123 nəfərdə virus aşkarlanıb və onlardan 7-si ağır vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti