...

GUAM-ın milli koordinatorları Tbilisidə toplaşacaqlar – Baş katib Valeri Çeçelaşvili

Siyasət Materials 16 Fevral 2010 12:42 (UTC +04:00)
Milli Koordinatorlar Şurasının (MKŞ) martın 12-14-də Tbilisiyə gəlməsi gözlənilir. Bu barədə "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM"ın Baş katibi Valeri Çeçelaşvili deyib.
GUAM-ın milli koordinatorları Tbilisidə toplaşacaqlar – Baş katib Valeri Çeçelaşvili

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir E.Tariverdiyeva/

Milli Koordinatorlar Şurasının (MKŞ) martın 12-14-də Tbilisiyə gəlməsi gözlənilir. Bu barədə "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM"ın Baş katibi Valeri Çeçelaşvili deyib.

"GUAM Milli koordinatorlarının görüşü martın 12-14-də Qərbi Balkan ölkələrinin Vışeqradsk qrupu və GUAM-a üzv dövlətlər arasında təcrübə mübadiləsi üzrə konfransın keçiriləcəyi Tbilisidə təşkil edilə bilər", - Çeçelaşvili Bakıda Trend -a bildirib.

Onun sözlərinə görə, konfransa GUAM-ın bütün üzv dövlətləri, o cümlədən milli koordinatorlar dəvət olunub. "Əgər bütün koordinatorlar öz qrafikinə uyğun olaraq Tbilisiyə gələ bilsələr, orada MKŞ təşkil ediləcək", - Baş katib deyib.

Çeçelaşvilinin sözlərinə görə, GUAM XİNŞ-in tarixi müəyyən olunmayıb, belə ki, bunun üçün Ukrayna Prezidentinin inauqurasiyasından sonra Ukrayna hökumətinin formalaşmalıdır.

Fevralın 7-də Kiyevdə prezident seçkilərinin ikinci turu keçirilib və Viktor Yanukoviç qələbə qazanıb.

"Əlbəttə, Ukraynanın rəhbərliyinin obyektiv səbəblərə görə təsdiq edilməməsi o qədər də münasib deyil. Lakin bununla belə, bizim yaratdığımız və hər bir işçi qrupun müəyyən ölkəni koordinasiya etdiyi sistem bu şəraitdə öz effektivliyini göstərdi, çünki işçi orqanlarda və işçi qruplarda işlər dayandırılmayıb", - Çeçelaşvili deyib.

GUAM çərçivəsində həyata keçirilən layihələr və gələcək planlar barədə danışaraq Baş katib hazırda təşkilatın Kiyevdəkı Katibliyində cinayətkarlığa qarşı mübarizə mövzusunda keçirilən seminar barədə danışıb.

"Yaxın zamanlarda bizim milli komponentlərimizin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə virtual mərkəzi kriptoqrafik avadanlıqlarla təhciz ediləcək ki, bu da onlara təsnifləşdirilmiş məlumatları mübadilə etməyə imkan verəcək. Azərbaycan Nəqliyyat Nazirliyinin əlaqələndirdiyi GUAM vahid nəqliyyat tranzit dəhlizi konsepsiyasının hazırlanması davam etdirilir, belə ki, Azərbaycan iki işçi qrupun: nəqliyyat və turizm üzrə qrupun əlaqələndiricisidir", - Çeçelaşvili deyib.

Onun sözlərinə görə, GUAM-ın bütün cari layihələrinin reallaşdırılması bütün qalan istiqamətlərdə davam etdirilir, yeniləri yaradılır.

GUAM formatı 1997-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM" kimi elan olunması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti