...

Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiyini bəyan edib

Siyasət Materials 1 Aprel 2010 23:49 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiyini bəyan edib.
Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiyini bəyan edib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir R.Daraxşan/

BMT-nin baş katibi Pan Gi Mun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiyini bəyan edib. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid edirəm və münaqişənin həlli bütün regiona müsbət təsiri edəcəyindən əminəm, BMT-nin baş katibi Pan Gi Munu Orta Asiyaya səfər edərkən cümə axşamı Bakıda xarici işlər naziri Emar Məmmədyarovla görüşündə bildirib, XİN-in mətbuat xidmətinin Trendə daxil olan məlumatında bidirilir. 

Görüşdə əsas mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub. Nazir baş katibə münaqişənin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və Azərbaycanın tutduğu mövqeyi barədə ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. 

Nyu-Yorkda Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr edilmiş donorlar konfransının müsbət nəticələrinə toxunan Pan Gi Mun Azərbaycanın bu məsələdə verdiyi dəstəyini xüsusi qeyd edib.

Xəbər lenti

Xəbər lenti