...

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 May 2010 01:06 (UTC +04:00)
Mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Məlumatı AzərTAc Dövlət İnfomsiya Agentliyi yayıb.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib (ƏLAVƏ OLUNUB)

RED əlavəsi: Sonuncu abzas əlavə olunub

Mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Məlumatı AzərTAc Dövlət İnfomsiya Agentliyi yayıb

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək demişdir ki, Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycanın inkişafına yönəlmişdir.

Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil və dünya birliyində layiqli yer tutan ölkədə yaşadığımızı vurğulayan Mehriban xanım bildirmişdir ki, ulu öndərin nəcib əməlləri gələcək nəsillər üçün müdriklik məktəbi olacaqdır.
"Azərbaycanlılar fəxr edirlər ki, Heydər Əliyev kimi unudulmaz lideri, qəhrəmanı vardır" - deyən Mehriban xanım Əliyeva bildirmişdir ki, ulu öndərin adını daşıyan Fond artıq 6 ildir fəaliyyət göstərir və bu illər ərzində Heydər Əliyev Fondu Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafında, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynamışdır. Təsadüfi deyildir ki, bu gün Heydər Əliyev Fondu dünyada hörmət və etimad ünvanına çevrilmişdir.

Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunan videofilm nümayiş etdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etmişdir.

Dövlətimizin başçısı demişdir ki, Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir.
Azərbaycan xalqı Heydər Əliyevə daim böyük məhəbbət və inamla yanaşmışdır, - deyən Prezident İlham Əliyev bildirmişdir ki, ulu öndər ölkəmizin problemlərinin həllinə hər zaman həssaslıqla yanaşmışdır və bir vaxtlar üzləşdiyimiz çətinliklərin aradan qaldırılması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərin gərgin fəaliyyəti nəticəsində Azərbaycan riskli ölkə imicini dağıtmış, respublikada irimiqyaslı layihələrin icrasına başlanmış, bütün sahələrdə inkişaf meyilləri güclənmişdir.

1993-2003-cü illərin Azərbaycanın gələcəyi üçün həlledici dövr, bu 10 ildə görülən işlərin əsrlər boyu görülən işlərə bərabər olduğunu vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, ulu öndərin qurduğu müstəqil Azərbaycan bu gün yaşayır, inkişaf edir və xalqımızın qarşısında yeni imkanlar açılır, ölkəmiz Heydər Əliyevin yolu ilə gedir və ulu öndərin ideoloji əsasları ölkədə tam bərqərar olunmuşdur.

Azərbaycanın sürətlə inkişaf etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirmişdir ki, bu uğurlu dinamika gələcək illərdə də davam etdiriləcəkdir. Bu işlərin təməlində Heydər Əliyev amili dayanır. "Biz ümummilli liderimizə sadiqik", - deyən Prezident İlham Əliyev bildirmişdir ki, Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaqdır.

Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olmuşdur.

Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı sahiblərinə təqdim olunmuşdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli musiqimizin şah əsəri olan muğamın inkişafına verdiyi töhfəyə və Fondun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdə fəal iştirakına görə Xalq Artisti Arif Babayevə "Qızıl çinar" beynəlxalq mükafatını təqdim etmişdir.

Digər nominasiyada mükafat uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hana Singerə təqdim olunmuşdur.

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı Tahir Salahova da müasir boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Qızıl çinar" beynəlxalq mükafatı təqdim edilmişdir.

Mükafatlandırma mərasimindən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olmuşdur.

Bakının qonağı olan dünya şöhrətli opera müğənnisi Plasido Dominqo konsertdə çıxış etmiş, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdür.

Xəbər lenti

Xəbər lenti