• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Qadınlar azaddır, ailənin qorunması haqda qanun ictimaiyyətə düzgün çatdırılmayıb - İranın "Əl-Zəhra" Qızlar Universitetinin rektoru

15 May 2010 08:00 (UTC+04:00)
  • 0
  • 0

Аzərbaycan, Bakı, 14 may /Trend, müxbir T.Cəfərov/

İranın "Əl-Zəhra" Qızlar Universitetinin rektoru ölkəsində qadınların müxtəlif sahələrdə rolunu yüksək qiymətləndirərək deyib ki, İrandakı qadınlar ABŞ qadınlarından daha çox azaddırlar.

İranın "Əl-Zəhra" Qızlar Universitetinin rektoru ölkəsində qadınların müxtəlif sahələrdə rolunu yüksək qiymətləndirərək deyib ki, İranda qadınların ABŞ qadınlarından daha çox azadlığı var.

İslam Universitetləri Federasiyasının Bakıda keçirilən konfransında iştirak edən "Əl-Zəhra" Qızlar Universitetinin rektoru xanım Məhbubə Mübaşiri Trend-ə açıqlamasında İranda qadınların "boşanma" üçün hüquqlarının olduğunu bəyan edib.

İranın İnsan Haqları Müdafiə Komitəsinin Ali Nəzarət Şurasının üzvü Məhəmməd Seyfzadə İranda qadınların "boşanma" hüquqlarının olduğunu təsdiqləyib. "Kişi öz həyat yoldaşını hər zaman istəsə boşaya bilər (məhkəməyə müraciət etməli və məhkəmə onun boşanma səbəblərini araşdırıb, ona boşanma haqqı vermək şərti ilə), lakin qadın ancaq "Əsr və Hərəc" (çətinlik və bədbəxtlik) şəraitini sübuta yetirə bilərsə, boşanma tələb edə bilər", - deyə Seyfzadə Trend-ə telefonla Tehrandan bildirib.

Seyfzadə qadınların həyat yoldaşları tərəfindən pul vəsaiti ilə təmin olunmamasını, nikah şəhadətnaməsində göstərilən şərtlərin yerinə yetirilməməsini və həyat yoldaşının narkotik maddələrə aludə olmasını "əsr və hərəc" şəraitindən olduğunu deyib.

Xanım Mübaşiri əlavə edib ki, azad ictimaiyyətlərdə qadına verilən bütün hüquqlar İran qadınlarında var və bundan başqa, İran İslam Respublikası qadınlara daha çox hüquq verir. "Əgər qadınların hüquqları Qərb ölkələrində ancaq qanunlarda göstərilirsə, İranda bu, əməldə göstərilir", - deyə Mübaşiri deyib.

Mübaşiri "ABŞ-da qadınlar məgər döyülmür?" sualını verərək deyib ki, İran İslam Respublikasında da bəzi yerlərdə belə hadisələrin baş verməsi mümkündür, lakin qanun bu qadınları müdafiə edir.

"İran İslam İnqilabı zamanı qadınlar kişilərlə çiyin-çiynə proseslərdə iştirak etdi. Ali lider İmam Xomeyni bildirmişdi ki, inqilabın ən ağır yükü qadınların çiynindədir. Ona görə ki, müharibədə iştirak etdilər, mitinqlərə qoşuldular; həm övladlarını müharibəyə göndərdilər, həm həyat yoldaşlarını dəstəklədilər və həm də onların yoxluğunda ailənin ağır yükünü daşıdılar", - deyə Mübaşiri deyib.

O əlavə edib ki, qadınların İran ictimaiyyətində çox fəal iştirakı var. "Baxmayaraq ki bir çox ölkələrdə qadınların səsvermə hüquqları yoxdur, lakin bu hüquq İran qadınlarında var. Onlar elə İslam İnqilabının əvvəlində də seçkilərdə aktiv iştirak etdilər", - deyə Mübaşiri deyib.

Xanım Mübaşiri əlavə edib ki, İranda qadınlar və kişilər arasında heç bir fərq yoxdur. "Qadınlar sürücülük edir, hazırda ölkədə sürücü qadınların sayı çoxdur, universitetlərdə tələbələrin 70 faizə yaxınını qızlar təşkil edir", - deyə Mübaşiri deyib.

Onun sözlərinə görə, İran qadınlarının ölkədən kənar səfərlər etməsində heç bir maneə yoxdur və onlar beynəlxalq təşkilatlarda ölkələrini təmsil edirlər. "Ola bilsin, bəzi kişilər evlənmə zamanı öz istədikləri qızın işləməməyinə dair şərt qoysunlar. Burada bu şərt razılaşma ilə ola bilər. Qızlar bu şərti həm qəbul edə bilər, həm də qəbul etməyə bilər", - deyə Mübaşiri bildirib.

Bununla yanaşı, xanım Mübaşiri ölkədə qadınların bəzi problemlərinin də olduğunu deyib. "Təbiidir ki, bəzi problemlər mövcuddur və biz bunu danmırıq. Bu kimi problemlər hər bir ölkədə ola bilər, sizin ölkədə - Amerikada da", - deyə Mübaşiri vurğulayıb.

Mübaşiri əlavə edib ki, bir çox ölkələrdə qadınların aylıq məvacibi ilə kişilərin aylıq məvacibi bərabər deyil. "Mən illərboyu Avropa ölkələrində çalışmışam. Avropa ölkələrinin bir çoxunda eyni şərait və eyni işdə çalışan qadınların aylıq məvacibi 35 faiz kişilərdən aşağıdır, lakin İran İslam Respublikasında bu belə deyil", - deyə Mübaşiri söyləyib.

O əlavə edib ki, dünyanın bir çox ölkələrində qadınlar ailə həyatı qurduqdan sonra, öz soyadlarını dəyişir və kişinin soyadını qəbul edir, lakin İranda bu belə deyil.
Xanım Mübaşiri İranda insan haqlarının pozulması ilə bağlı Qərb mətbuatında yayılan məlumatları və beynəlxalq qurumların məruzələrini İslam Respublikasının əleyhinə piar adlandırıb və deyib ki, onlar dünyada islamın gündən-günə artan nüfuzundan qorxurlar.

Xanım Mübaşiri son vaxtlar təsdiqlənməsi üçün İran Parlamentinə təqdim olunan "Ailənin qorunması haqda qanun"u müdafiə edərək deyib ki, bu layihədə göstərilən maddələr problemlərlə üzləşmiş qadınları müdafiə etmək üçündir.

İranın İnsan Haqları Müdafiə Komitəsinin Ali Nəzarət Şurasının üzvi Məhəmməd Seyfzadə bu layihə haqqında bildirib ki, İranda bir çox qadınlar var ki, bir kişinin ikinci, üçüncü və ya dördüncü arvadıdır. "Ailənin qorunması haqda qanun bu hərəkətə qanuni don geyindirməkdir", - deyə Seyfzadə bildirib.

Lakin xanım Mübaşiri "Ailənin qorunması haqda qanun"un ictimaiyyətə düzgün çatdırılmadığını bəyan edib və deyib ki, bu layihədən düzgün nəticə çıxarılmayıb. "Bəziləri etiraz edərək bildirir ki, bu qanun kişilərə bir neçə arvad almağa icazə verir. Fikrimcə, bu qanunun 27-ci maddəsi haqda qalmaqal yaranmışdı. Onlar deyirdilər ki, bu qanun kişilərə 4 arvad almağa icazə verir, lakin bu maddəni bu formada izah etmək düzgün deyil", - deyə Mübaşiri bildirib.

Mübaşiri əlavə edib ki, bu maddədə kişi qarşısında ikinci arvad almaq üçün qoyulan şərt onun birinci arvadının icazə verməsi və qanun çərçivəsində olmasıdır. "Kişi ikinci arvad almaq üçün məhkəməyə müraciət etməlidir. Məhkəməyə müraciət etmək isə bir sıra get-gələ səbəb olacaq və bu, kişinin tutduğu işdən daşınmasına gətirib çıxara bilər", - deyə Mübaşiri deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Avropa Gimnastika İttifaqının prezidenti: Azərbaycan idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışların keçirildiyi məkana çevrilib
Siyasət 19:22
Prezident İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib (FOTO)
Siyasət 18:45
Aydın Mirzəzadə: Azərbaycan və Ermənistanda seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı
Siyasət 18:09
Vüqar Rəhimzadə: Sarkisyan tarix qarşısında cavab verməlidir
Siyasət 17:55
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gəlib (FOTO)
Siyasət 17:26
Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir
Siyasət 17:02
Baş katib: BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir
Siyasət 16:40
Səfir: İsrail regionda Azərbaycanın əsas tərəfdaşlarından biridir
Siyasət 16:25
Emmanuel Makron: Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq
Siyasət 14:07
Baş nazir: İspaniya Azərbaycanla səmimi münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərini davam etdirəcək
Siyasət 14:06
Miloş Zeman: Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi bundan sonra da davam edəcək
Siyasət 13:54
Azərbaycanda yeni medal təsis edildi
Siyasət 12:56
Ombudsmanın illik hesabatı Milli Məclisdə qəbul edilib
Siyasət 12:51
İşçi qrupu: Gələcəkdə ekshumasiya üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür (FOTO)
Siyasət 12:13
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Siyasət 11:45
Azərbaycan və İran arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
Siyasət 11:17
BMT-dən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə ÇAĞIRIŞ
Siyasət 10:13
Los Ancelesdə Azərbaycana dair təqdimat keçirilib (FOTO)
Siyasət 10:12
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter