...

Azərbaycanda Polşa prezidenti seçkilərinin ikinci turu keçirilir

Siyasət Materials 4 İyul 2010 12:23 (UTC +04:00)
Azərbaycanda Polşa prezidenti seçkilərinin ikinci turu keçirilir.
Azərbaycanda Polşa prezidenti seçkilərinin ikinci turu keçirilir

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda Polşa prezidenti seçkilərinin ikinci turu keçirilir.

Polşanın Azərbaycandakı səfirliyində 22 saylı seçki məntəqəsi yaradılıb və seçkilər zamanı Azərbaycanda olan bütün Polşa vətəndaşları bu seçki məntəqəsində səs vermək hüququna malikdirlər. Bu barədə Trend-ə səfirliyin ikinci katibi Yan Brodovski məlumat verib.

Səfirlik yanında seçki məntəqəsi səhər saat 06:00-da açılıb və öz işini Bakı vaxtı ilə saat 20:00-da başa vuracaq.

Polşa qanunvericiliyinə görə, seçkilər zamanı xarici dövlətlərdə olan ölkə vətəndaşları həmin dövlətlərin ərazilərində yaradılan seçki məntəqələrində səs verə bilərlər.

Bakıda səsvermənin nəticələri yerli vaxtı ilə saat 23:00-da Polşada seçkilərin başa çatmasından sonra məlum olacaq.

Polşada növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb, bütün ölkədə 25 mindən artıq seçki məntəqəsi açılıb. Bu barədə RİA Novosti agentliyinin müxbiri məlumat verib.

Aprelin 10-da Polşanın eks-prezidenti Lex Kaçinski Smolensk yaxınlığında baş vermiş aviaqəzada faciəli şəkildə həlak olub. Bundan sonra ölkə Konstitusiyasına uyğun olaraq, dövlət başçısının səlahiyyətləri avtomatik olaraq Aşağı palatanın spikeri Bronislav Komorovskiyə keçib. Qüvvədə olan qanunvericiliyə görə, Komorovski növbədənkənar seçkilərin keçirilməsi tarixini iyunun 20-nə təyin edib.

Seçkilərin birinci turunda 10 namizəd iştirak edib. Namizədlərdən heç biri qalib gəlmək üçün zəruri olan seçici səslərinin yarısını qazana bilməyib. İkinci tura prezidentliyə hakim "Vətəndaş platforması" partiyasından olan namizəd, Seymin spikeri Bronislav Komorovski və "Hüquq və ədalət" partiyasının lideri Yaroslav Kaçinski çıxıb.

İyunun 20-də seçicilərin 41,54 faizi Komorovskinin, 36,46 faizi isə Kaçinskinin lehinə səs vermişdi.

Xəbər lenti

Xəbər lenti