...

Azərbaycanda bəzi müxalif dairələr mənəvi aşınmaya məruz qalıblar – partiya sədri

Siyasət Materials 30 Avqust 2010 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif partiyasının sədri hesab edir ki, Azərbaycanda bəzi müxalif dairələr mənəvi aşınmaya məruz qalıblar.

"Zaman-zaman ən yuxarı tempdə danışan müxalifət təmsilçiləri, sonradan məlum olur ki, çox vaxt vəsaitlərini Rusiyadan alırlar. Qəribədir ki, hər zaman dürüstlükdən, təmizlikdən danışan insanlar sonradan elə aşınmış mənəviyyata sahib olurlar ki, başqalarını ittiham eləməyə heç bir əsasları olmur", - bu barədə bazar ertəsi Trend BİA-nın mətbuat konfransı zalında keçirilən "İslahat" seçki blokunun yaradılmasına həsr olunmuş mətbuat konfransında müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

Mustafa öz fikirlərini həmin dairələrin etdiyi hərəkətlər, danışdıqları sözlər arasında uyğunsuzluqla izah edib.

"AXCP dairələrində tez-tez deyirdilər ki, biz NATO-ya qoşulmalıyıq, Qərbə inteqrasiya etməliyik. Lakin Rusiya hərbi sənaye kompleksinin təmsilçisi kimi tanınan Sakit Allahverdiyev bu yaxınlarda açıqlama verdi ki, "Mən "Azadlıq" qəzetinə kifayət qədər vəsait ayırmışam, lakin bu vəsait AXCP sədri Əli Kərimli tərəfindən mənimsənilib. Bunun da heç bir təkzibi gəlmədi. Onlar özlərini qərbpərəst hesab edirlər, ancaq pulu Rusiyadan alırlar. Biz bunu mənəvi aşınma hesab edirik. Bu gün belə insanların başqalarına irad bildirməyə mənəvi haqları yoxdur", - Mustafa deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı Trend-ə açıqlamasında Fazil Mustafanın ittihamlarına münasibət bildirməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti