...

MDB PA-nın Bakı filialı Azərbaycandakı Parlament seçkilərini ekspertlərlə müzakirə edib

Siyasət Materials 7 Sentyabr 2010 14:44 (UTC +04:00)
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı çərşənbə axşamı Azərbaycandakı Parlament seçkilərinin uzunmüddətli müşahidəsində iştirak edəcək ekspertlərlə müzakirələr keçirib. Bu barədə filialın mətbuat xidmətinin məlumatında deyilir.
MDB PA-nın Bakı filialı Azərbaycandakı Parlament seçkilərini ekspertlərlə müzakirə edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı çərşənbə axşamı Azərbaycandakı Parlament seçkilərinin uzunmüddətli müşahidəsində iştirak edəcək ekspertlərlə müzakirələr keçirib. Bu barədə filialın mətbuat xidmətinin məlumatında deyilir.

MDB PA DİMBİ Bakı filialının noyabrda olacaq Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı regionlarda uzunmüddətli monitorinqlər həyata keçirmək üçün hər birində dörd ekspert olmaqla 5 qərargahı sentyabrın 10-dan fəaliyyətə başlayacaq.

Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə seçkilərin 2010-cu il noyabrın 7-də keçirilməsi barədə sərəncam imzalayıb.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistem üzrə aparılır.

Xəbər lenti

Xəbər lenti