...

Azərbaycan Prezidenti Çin Xalq Respublikasının Sədrini təbrik edib

Siyasət Materials 30 Sentyabr 2010 20:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Hu Szintaoya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Çin Xalq Respublikasının Sədrini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Hu Szintaoya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Qədim ənənələrə malik Azərbaycan-Çin əlaqələri bu gün hərtərəfli inkişaf yolundadır. Dost xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin gündən-günə möhkəmlənməsi əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi ilə müşayiət olunur. Ümidvaram ki, ölkələrimiz arasında münasibətlərin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın sabit və uzunmüddətli inkişafı naminə bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham ƏIiyev Hu Szintaoya möhkəm cansağlığı, işlərində uğurlar, dost Çin xalqına sülh və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti