...

Dövlətlərin ərazi bütövlüyü Avropa Şürasının tutduğu ən ali prinsipdir - AŞ-nın Nazirlər Komitəsinin sədri

Siyasət Materials 5 Oktyabr 2010 02:56 (UTC +04:00)
Dövlətlərin ərazi bütövlüyü Avropa Şürasının tutduğu ən ali prinsipdir. Bu fikirlərin Avropa Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan plenar sessiyasında çıxışı zamanı “Keçmiş Yuqoslaviya Respublikası - Makedoniya”-nın xarici işlər naziri, AŞ Nazirlər Komitəsinin (NK) hazırki sədri Antonio Miloşoski (Antonio Milošoski) NK-nin fəaliyyətinə dair çıxışının sonunda Azərbaycanın AŞ PA –da nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualına cavabında bildirib.
Dövlətlərin ərazi bütövlüyü Avropa Şürasının tutduğu ən ali prinsipdir - AŞ-nın Nazirlər Komitəsinin sədri

Fransa, Strasburq, 04 oktyabr / Trend, müxbir A. Məhərrəmli/

Dövlətlərin ərazi bütövlüyü Avropa Şürasının tutduğu ən ali prinsipdir. Bu fikirlərin Avropa Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan plenar sessiyasında çıxışı zamanı "Keçmiş Yuqoslaviya Respublikası - Makedoniya"-nın xarici işlər naziri, AŞ Nazirlər Komitəsinin (NK) hazırki sədri Antonio Miloşoski (Antonio Milošoski) NK-nin fəaliyyətinə dair çıxışının sonunda Azərbaycanın AŞ PA -da nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualına cavabında bildirib.

Millət vəkili Rafael Hüseynov NK-nin sədrinə AŞ-yə üzv dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.

"Avropanın gələcəyi onun bütövləşməsində, dövlətlərin bir-birinə daha artıq yaxınlaşmasında, sərhədlərin daha şəffaf olmasındadır. Amma bu yaxınlaşmanın təməl şərtlərindən ilkini dövlətlərin bir-birinin ərazi bütövlüyü və sərhəd toxunulmazlığına hörmətlə yanaşmasıdır. Avropa Şurasına üzv dövlətlər arasında həmin ali prinsipi nümayişkaranə şəkildə pozan dövlətlər var. Bu Avropanın gələcəyinə açıq qəsd deyilmi? AŞ Nazirlər Komitəsi belə arzuolunmaz vəziyyətin aradan götürülməsi üçün öz səlahiyyətləri çərçivəsində hansı qəti addımları ata bilər?- Hüseynov sualında qeyd edib.

AŞ NK-nin sədri cavabında qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü AŞ-nin ən ali tutduğu prinsipdir.

"Dövlətlərin ərazi bütövlüyü AŞ-nin ən ali tutduğu prinsipdir. Bu nöqteyi-nəzərdən, AŞ həmin prinsipin istər üzv dövlətlər arasında, istərsə də bütün dünyada tam bərqərar olmasının tərəfdarıdır. Bu baxımdan, AŞ üzv dövlətlərindən birinin digərinin ərazisini hər hansı şəkildə zəbt etməsi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığını pozmasını heç vəchlə qəbul etmirik"- Miloşoski bildirib.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi AŞ-nin daima diqqət mərkəzində olduğunu da diqqətə çatdırıb.

" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi AŞ-nin daima diqqət mərkəzində olan məsələdir. Biz bu problemin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu istiqamətdə irəliləyişlər də var. Bunlar böyük deyil, amma addım-addımdır. Əsas odur ki, bu proses var və biz arzu edirik ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə öz müsbət həllini tapsın"- NK-nin sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti