...

Seçki təbliğatı müddətində diqqətin mitinqlərə yönəldilməsi çıxış yolu deyil – partiya sədri

Siyasət Materials 9 Oktyabr 2010 13:22 (UTC +04:00)
Seçki təbliğatı müddətində diqqətin mitinqlərə yönəldilməsi və mitinqlərin vəziyyətdən çıxış yolu kimi seçilməsi düzgün deyil.
Seçki təbliğatı müddətində diqqətin mitinqlərə yönəldilməsi çıxış yolu deyil – partiya sədri

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir T.Hacıyev/

Seçki təbliğatı müddətində diqqətin mitinqlərə yönəldilməsi və mitinqlərin vəziyyətdən çıxış yolu kimi seçilməsi düzgün deyil. Bu barədə şənbə günü Trend-ə açıqlamasında Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

"Mən hesab edirəm ki, bu 23 gün ərzində canlı görüşlərə, insanlarla təmasa üstünlük vermək daha düzgün taktikadır. Namizədlərin seçicilərlə qapı-qapı, həyət-həyət təmasda olması daha düzgün olar. Bununla cəmiyyətdə oyanış yaratmaq mümkün olar", - Əliyev əlavə edib.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Partiya sədri hesab edir ki, mitinqlər Azərbaycan reallığında cəmiyyətin siyasi proseslərə daha çox diqqətli yanaşması üçün lazım olan prosedurdur. "Təbii ki, seçkiyə çox qalan müddətdə silsilə mitinqlər cəmiyyətdə oyanış yarada bilir. Ancaq seçkilər öncəsi, seçkiyə qısa müddət qalan bir mərhələdə, təbliğat müddəti 23 gün olduğu bir şəraitdə, tam diqqətin mitinqlərə yönəldilməsi düzgün deyil. Mənim yanaşmam belədir ki, zaman bir o qədər də böyük deyil və çalışmaq lazımdır ki, cəmiyyətdə seçicilərlə təmas imkanı verilsin", - Əliyev deyib.

Azərbaycanın müxalif AXCP və Müsavat partiyaları seçki təbliğatı dövründə mitinq keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti