...

Azərbaycanda parlament seçkilərində iştirak etmək üçün partiyalar arasında ən çox hakim partiyanın namizədləri qeydə alınıb

Siyasət Materials 17 Oktyabr 2010 14:51 (UTC +04:00)
İndiyə qədər Azərbaycanda parlament seçkilərində iştirak etmək istəyən 712 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Trend-ə bazar günü MSK-nın mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycanda parlament seçkilərində iştirak etmək üçün partiyalar arasında ən çox hakim partiyanın namizədləri qeydə alınıb

Azərbaycan, Bakı, 17 oktyabr  /Trend/

İndiyə qədər Azərbaycanda parlament seçkilərində iştirak etmək istəyən 712 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Trend-ə bazar günü MSK-nın mətbuat xidmətindən məlumat veriblər.

MSK-nln verdiyi məlumata əsasən, parlament seçkilərində iştirak etmək üçün partiyalar arasında ən çox Yeni Azərbaycan Partiyasının namizədləri - 111 namizəd - qeydə alınıb.

Siyahıya əsasən, namizədlərin sayına görə ikinci yerdə "AXCP-Müsavat" bloku -33 nəfər, sonra isə "Qarabağ Seçki Bloku" - 32, "İslahat" bloku - 31, Klassik Xalq Cəbhəsi Partiyası - 30, Azərbaycan Milli İstiqlal Partiyası - 21, Demokratik Azərbaycan Dünyası Partiyası - 20, "İNSAN NAMİNƏ" bloku - 19, "Demokratiya" bloku - 17, "Ana Vətən" Partiyası, Müasir Müsavat Partiyası və Təşəbbüs qrupu - 7 nəfər, Azərbaycan Milli Demokrat Partiyası  və Azərbaycan Sosial Demokrat Partiyası -2, Azərbaycan Milli Dövlətçilik Partiyası və Azərbaycan Tərəqqi Partiyası - 1 nəfər.

Namizədliyini özü irəli sürən namizədlərin sayı isə 371 nəfər təşkil edir.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti