...

Yaxın vaxtlarda Qırğızıstanda qeyri-sabitliyin yaranacağını gözləməyə dəyməz – ekspert Arkadi Dubnov

Siyasət Materials 9 Dekabr 2010 09:00 (UTC +04:00)
Çoxlu narahatlıqlara baxmayaraq, Qırğızıstanda qeyri-sabitliyin yaranacağını gözləməyə dəyməz. Mərkəzi Asiya üzrə rusiyalı ekspert Arkadi Dubnov belə hesab edir.
Yaxın vaxtlarda Qırğızıstanda qeyri-sabitliyin yaranacağını gözləməyə dəyməz – ekspert Arkadi Dubnov

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir V.Javoronkova/

Çoxlu narahatlıqlara baxmayaraq, Qırğızıstanda qeyri-sabitliyin yaranacağını gözləməyə dəyməz. Mərkəzi Asiya üzrə rusiyalı ekspert Arkadi Dubnov belə hesab edir.

"Düşünmürəm ki, yaxın vaxtlarda Qırğızıstanda sabitliyi və xarici vətəndaşların təhlükəsizliyini hədələyən ciddi ixtişaşlar gözləməyə dəyər", - "Vremya novostey" qəzetinin icmalçısı Dubnov elektron poçtla Trend-ə bildirib.

Qırğızstan prezident idarəetmə sistemindən parlament idarəetmə sisteminə keçdikdən sonra ölkədə ilk hökumətin formalaşdırılması mərhələsindədir. Mərkəzi Asiya respublikası ölkənin yeni rəhbərliyinin qərarını möhkəmləndirən və ötən yay keçirilən referendumdan sonra parlament respublikasına çevrilib. O, hakimiyyətə keçmiş prezident Kurmanbek Bakıyevin apreldə devrilməsindən sonra gəlib.

İndi ölkə respublika qanunvericiliyinə görə, hökuməti formalaşdırmalı və baş naziri təyin etməli olan parlament koalisiyasının yaradılmasını gözləyir. Hökumətin formalaşdırılmasına dair ilk imkan QSDP parlament fraksiyasının lideri Almazbek Atambayevə verilmişdi. Lakin o, dekabrın 3-də fəaliyyətdə olan prezidentə hökuməti formalaşdırmaq cəhdlərini dayandırması barədə məlumat verib. Növbəti mandatı "Respublika" parlament fraksiyasının lideri Ömərbek Babanov alıb. Onun bu tapşırığın öhdəsindən gələ bilib-bilməyəcəyi, hələlik məlum deyil.

Müşahidəçilər hökumətin formalaşdırılmasının ləngiməsilə əlaqədar ölkədə yaranmış vəziyyətdən və respublikada vəziyyətin yenidən plisləşəcəyindən narahatdırlar.

Dubnovun fikrincə, küçə mitinqlərinin fəallaşmasında canlanmanı yazda gözləmək olar, lakin əgər qış vəd edildiyi kimi, sərt keçməsə, bu proqnoz özünü doğruldacaq", - ekspert bildirib.

Əks halda, Duvnovun sözlərinə görə, hakimiyyət Qırğızıstanın cənubunda iyun ixtişaşları zamanı evdən məhrum olanlar üçün mənzil ayrılması səyləri alt-üst olarsa, yazın gəlişindən əvvəl ölkənin cənubunda müəyyən "oyanışı" istisna etmək çətin olacaq.

Ekspertin fikrincə, ölkədə parlament koalisiyasının formalaşması elektoral məntiq üzrə deyil, inqilabi məqəsədəyönlülüyün qanunları üzrə gedir.

"Dövlət başçısı prezident Bakıyevin devrilməsində aparıcı rol oynayan liderlərin başçılıq etdikləri partiyalardan hakim çoxluğun yaradılması planı ilə koalisiya formalaşdırmağı tapşırıb, - Dubnov bildirib. - Lakin bu partiyalar oktyabrın 10-da keçirilən parlament seçkilərində seçicilərin əksəriyyətinin etimad mandatını əldə edə bilməyiblər".

O hesab edir ki, ilk koalisiyanı yaratmağa cəhd göstərən həmin üç partiya - QSDP, "Ata-Məkan" və "Respublika" ümumilikdə səslərin 20 faizindən çoxunu qazana bilməyiblər ki, bu da onlara bütün xalqı təmsil etmək üçün xüsusui hüququ vermir. Hələ "onlardan bəzilərinin həqiqi anlamda siyasi partgiya olmadıqlarını" demirik.

"Onlar seçkilər ərəfəsinsə yaradılıblar və ya necə deyərlər "itiləniblər", - Dubnov deyib.Bu, onun fikrincə, onların daxilində parçalanmaya və ya partiya intizamının olmamasına səbəb oldu ki, parlamentin spikerinin namizədliyi üzrə (Ömürbek Tekebayevin) səsvermə zamanı ortaya çıxdı və üç gün belə yaşamayan birinci koaloisiyanın süqutuna gətirib çıxardı.

Digər tərəfdən ekspert hesab edir ki, açıq-aşkar ləngiyən koalisiyanın formalaşması prosesindən təşvişə düşməyə dəyməz.

Dubnov hesab edir ki, inqilab nəticəsində parlamentə "sivil qanunvericilik fəaliyyətinə o qədər də hazır olmayan adamlar gəlib",indi onlar parlamentdaxili reytinqlər tikib qurmaqla bir-birlərini "ovlayırlar", liderləri və autsayderləri müəyyən edirlər.

"Lakin əgər hakimiyyət sistemi qurularkən inqilabi məqsədəyönlülük Qırğızıstanda dominant siyasi proses olaraq qalacaqsa, o zaman parlamentdə "müqavimət materialını" partlayış gözləyir", - o hesab edir.

Bu, ekspertin fikrincə, koalisiya yaradılması üçün göstərilən ikinci cəhdin iflasa uğrayacağı halda aşkara çıxa bilər. Bu zaman Konstitusiyaya görə, növbəti üçüncü cəhd ölkənin hansısa prezidenti deyil, parlamentin özü tərəfindən atıla bilər.

"Ona görə də mən Qırğızıstanın parlament sisteminə hazırlığı ilə bağlı nəticə çıxarmağa tələsməzdim, - Dubnov bildirib. - Belə sistemi yaratmağa yönələn hazırki cəhdlər yalnız bu respublika üçün əlverişli olan avtoritar modellərə doğru sürüşməyi istisna edən hakimiyyət konfiqurasiyasına çıxmaq üçün hansısa tranzit proses ola bilər".

Lakin ekspertin sözlərinə görə, bütün bunlar hamısı yalnız o halda mümkün ola bilər ki, ölkənin idarə oluna bilməsi qorunub saxlansın və xaos və qarşıdurmaların yeni burulğanının qarşısı alınsın. Lakin buna hələ ki, zəmanət yoxdur.

Xəbər lenti

Xəbər lenti