...

Gürcüstanda hərbi poliqonda partlayış baş verib, bir neçə hərbçi ölüb

Siyasət Materials 11 Yanvar 2011 13:35 (UTC +04:00)
Gürcüstan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu yaralı vəziyyətdə Rustavi xəstəxanası və Tbilisidə Quduşauri klinikasına çatdırılıb. Bu barədə yaralıların Rustavi xəstəxanasında toplaşan qohumlarına istinadən Gürcüstan telekanalları məlumat verib.
Gürcüstanda hərbi poliqonda partlayış baş verib, bir neçə hərbçi ölüb

Gürcüstan, Tbilisi, 11 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu yaralı vəziyyətdə  Rustavi xəstəxanası və Tbilisidə Quduşauri klinikasına çatdırılıb. Bu barədə yaralıların Rustavi xəstəxanasında toplaşan qohumlarına istinadən Gürcüstan telekanalları məlumat verib.

Onların sözlərinə görə, Krçanisidə hərbi bazada baş verən partlayış zamanı üç hərbi qulluqçu həlak olub.

Gürcüstan Müdafiə Nazirliyi partlayış faktını təsdiq edib, lakin hələ ölən və yaralananlar barədə məlumat vermir.

Xəbər lenti

Xəbər lenti