...

Azərbaycanın vitse-spikeri ölkədə icazəsiz etiraz aksiyalarına münasibətini açıqlayıb

Siyasət Materials 15 Mart 2011 14:43 (UTC +04:00)
Azərbaycan demokratik cəmiyyətdir, burada hamının eyni cür düşünməsini təxmin etmək sadəlövhlük olardı.
Azərbaycanın vitse-spikeri ölkədə icazəsiz etiraz aksiyalarına münasibətini açıqlayıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan demokratik cəmiyyətdir, burada hamının eyni cür düşünməsini təxmin etmək sadəlövhlük olardı. Aksiyalar müxtəliffikirli insanların öz mövqeyinin ifadə formasını seçməsidir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Burada qeyri-adi mənbələrin axtarışına çıxmaq istəməzdim. Bu dairələrin kimliyi və nəyə qadir olduğu bizə bəllidir. Bu, qüvvə deyil. Narazı şəxslər bütün ölkələrdə var, Azərbaycanda da ola bilər. Bəzi adamlar var ki, narazılıqlarının nədən ibarət olduğunu özləri də bilmirlər. Bunu izah etsələr, bizə də məlumat versinlər", - Muradova deyib.

O, bildirib ki, Yaxın Şərq ölkələrində baş verən son hadisələrin Azərbaycana transfer olunması qətiyyən mümkün deyil.

Son günlər bəzi müxalifət partiyaları icazəsiz aksiyalar keçirməyə cəhd ediblər.

Xəbər lenti

Xəbər lenti