...

Misirdə küçələrdən birinə iğtişaşlar zamanı həlak olan azərbaycanlı diplomatın adı veriləcək

Siyasət Materials 12 Aprel 2011 10:20 (UTC +04:00)
Misirdə küçələrdən birinə toqquşmalar zamanı həlak olan Nicat Qocayevin adı veriləcək.
Misirdə küçələrdən birinə iğtişaşlar zamanı həlak olan azərbaycanlı diplomatın adı veriləcək

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Misirdə küçələrdən birinə toqquşmalar zamanı həlak olan Nicat Qocayevin adı veriləcək. Trend-in məlumatına görə, bu məsələ bazar ertəsi Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin Qahirədəki Həlvan qubernatoru Qədri Əbu Hüseyn ilə görüşü zamanı müzakirə edilib. Məlumatı Misirin "əl-Əhram" qəzeti yayıb.

Görüş zamanı Əbu Hüseyn Misir küçələrindən birinə yanvar ayında baş verən toqquşmalar zamanı həlak olan Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayevin adının veriləcəyini bildirib.

Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində yanvarın 30-da bu ölkədəki Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev həlak olub.

Xəbər lenti

Xəbər lenti