Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunun 15-17-də İspaniya Krallığına rəsmi səfəri nəzərdə tutulub. Bu barədə Trend-ə XİN-in mətbuat xidməti məlumat verib.
İspaniya səfəri çərçivəsində Məmmədyarovun İspaniya Deputatlar Konqresinin Xarici əlaqələr üzrə Komissiyasının prezidenti cənab Duran y Lleida, İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Naziri xanım Trinidad Ximenez, İspaniya Sahibkarlar Təşkilatları Konfederasiyasının və yerli aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.