...

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Hakkaridəki terror aktının qurbanlarının sayını açıqlayıb

Siyasət Materials 18 Avqust 2011 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Bu gün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı dünən Hakkari şəhərinin Çukurca dairəsində baş verən terror aktının qurbanlarının dəqiq sayı barədə məlumat verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.

Baş Qərargahın məlumatına görə, terror aktı nəticəsində 9 hərbi qulluqçu həlak olub, 15-i yaralanıb, onlardan birinin vəziyyəti son dərəcə ağırdır.

Dünən Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi avtomobil karvanının hərəkəti zamanı partlayış baş verib.
İlkin ehtimallara görə, terror aktını Kürd Fəhlə Partiyasının (PKK) üzvləri təşkil ediblər. Partlayış baş verdikdən sonra maşındakı hərbçilərə atəş açılıb.

Türkiyə prezidenti Abdullah Gül terror aktı ilə bağlı bəyanatla çıxış edib və ölkə hakimiyyətinin terrorizmlə mübarizə əməliyyatlarına başlamaq üçün Ramazan ayının başa çatmasını gözləməyəcəyini qeyd edib.

Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da terrorçuların ünvanına ciddi tənqidlə çıxış edərək bildirib ki, Türkiyə hakimiyyəti bu hadisələrdən sonra daha qətiyyətli tədbirlər görəcək.

Terror aktına cavab olaraq cümə axşamına keçən gecə Türkiyə HHQ təyyarələri İraqın şimalındakı kürd separatçılarının mövqelərini bombalayıb.

CNN Türk telekanalının məlumatına görə, F-16 qırıcıları daxil olmaqla 15-ə yaxın təyyarə PKK yaraqlılarının bazalarına zərbələr endirib. Həmin yaraqlılardan Türkiyənin öz ərazisində türk hərbiçilərinə qarşı hücumlar etmək üçün istifadə olunurdu.

Xəbər lenti

Xəbər lenti