...

Monteneqro Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 6 Sentyabr 2011 11:38 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, XİN rəhbəri Elmar Məmmədyarov Serbiyada səfərdə olarkən Monteneqronun xarici işlər naziri Milan Roçen ilə görüşdə bu barədə müzakirələr aparılıb.
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Monteneqronun Prezidenti Azərbaycana səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, XİN rəhbəri Elmar Məmmədyarov Serbiyada səfərdə olarkən Monteneqronun xarici işlər naziri Milan Roçen ilə görüşdə bu barədə müzakirələr aparılıb.

Görüş zamanı əsasən Monteneqro Prezidentinin Azərbaycana nəzərdə tutulan rəsmi səfərinə hazırlıq məsələləri və səfər zamanı imzalanması təklif edilən ikitərəfli sənədlər barədə ətraflı fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Sentyabrın 5-də Serbiyanın Belqrad şəhərində Qoşulmama Hərəkatının 50 illik yubileyinə həsr olunmuş xarici işlər nazirləri səviyyəsində növbəti tədbir öz işinə başlayıb. Tədbirdə 106 ölkəni təmsil edən nümayəndə heyətləri iştirak edir.

Tədbirdə Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Tədbir zamanı Məmmədyarov Mavriki xarici işlər naziri Arvin Boolel və Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər naziri Murad Medelsi ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti