...

Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərə baxıb

Siyasət Materials 19 Sentyabr 2011 16:56 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası bazar ertəsi keçirilən iclasında daxil olan müraciətlərə baxıb.
Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərə baxıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Hacıyev/

Mərkəzi Seçki Komissiyası bazar ertəsi keçirilən iclasında daxil olan müraciətlərə baxıb.

Trend-in məlumatına görə, birinci şikayət 109 saylı Balakən dairə seçki komissiyasının formalaşması ilə bağlı olub. Daxil olan müraciətdə həmin dairənin tərkibinin yenidən formalaşması məsələsi qaldırılıb. Şikayətə baxılıb və əsassız sayılaraq geri qaytarılıb.

Sonra Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayəti müzakirə olunub və baxılmamış geri qaytarılıb.

Daha sonra 61 saylı Neftçala seçki dairəsinin tərkibində dəyişiklik edilməsi müzakirə olunub və müvafiq qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti