...

Obama: Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər böyük perspektivləri nümayiş etdirir

Siyasət Materials 20 Oktyabr 2011 22:42 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı öz təbriklərini bildirib.
Obama: Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər böyük perspektivləri nümayiş etdirir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir R.Daraxşan/

ABŞ Prezidenti Barak Obama Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı öz təbriklərini bildirib.

"Amerika xalqı adından mən həm Azərbaycanda, həm ABŞ-da, həm də bütün dünyada Azərbaycan Müstəqillik Gününü qeyd edən bütün insanlara ən xoş arzularımı çatdırmaq istəyirəm. Azərbaycan Müstəqilliyin 20-ci ildönümü və Azərbaycanın bu dövrdə əldə etdiyi nailiyyətlər Azərbaycan xalqı üçün böyük perspektivləri və onun qətiyyətini nümayiş etdirir", Trend-in məlumatına görə, Ağ Evin cümə axşamı yaydığı bəyanatda deyilir.

ABŞ Prezidenti vurğulayıb ki, onun ölkəsi Azərbaycan höküməti və xalqı ilə işləmək üçün imkanları genişləndirmək niyyətindədir.

1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.

Bu ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı imzaladığı sərəncama əsasən, Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkədə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti