...

"Vahid Qafqaz" konsepsiyasının həyata keçirilməsi regionda münaqişələrə son qoyacaq - Saakaşvili

Siyasət Materials 29 Noyabr 2011 16:06 (UTC +04:00)
"Vahid Qafqaz" konsepsiyası imperialist güclər tərəfindən regionda başladılan münaqişələri nizamlamağa imkan verəcək.
"Vahid Qafqaz" konsepsiyasının həyata keçirilməsi regionda münaqişələrə son qoyacaq - Saakaşvili

Gürcüstan, Tbilisi, 29 noyabr /Trend, müxbir N.Kirsxaliya/

"Vahid Qafqaz" konsepsiyası imperialist güclər tərəfindən regionda başladılan münaqişələri nizamlamağa imkan verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Gürcüstan Prezidenti Mixail Saakaşvili erməni həmkarı Serj Sarkisyanla Tbilisidə keçirdiyi brifinqdə deyib.

"İmperiya gücləri bizim dövlətlərlə münasibətləri "parçala və hökm et" prinsipi ilə qururdu ki, bu da öz "bəhrə"sini verirdi. Lakin bu gün biz münasibətlərimizi ölkələrimizin təhlükəsizliyini və regionda sabitliyi təmin etməklə yeni prinsiplər üzərində qurmalıyıq", - o qeyd edib.

Saakaşvilinin sözlərinə görə, Qafqazdakı bütün münaqişələr kənardan qızışdırılıb.

"Münaqişələr bizə kənardan sarınıb və biz bu münaqişələrdən qəti şəkildə xilas olmalıyıq. Bizə üçüncü qüvvə olmadan birbaşa danışıqlar lazımdır", - Saakaşvili bildirib.

Saakaşvili "Vahid Qafqaz" təşəbbüsü ilə ötən ilin sonunda Avropa Parlamentində çıxış edib.

Gürcüstan Prezidenti vurğulayıb ki, Qafqazın birləşməsinə alternativ yoxdur.

"Vahid siyası və iqtisadi məkanın yaradılması bizim maraqlarımıza xidmət edir ki, bu da bizə birlikdə Avropaya inteqrasiya etməyə və onun bir hissəsi olmağa imkan verəcək. Biz vahid Avropa evində birlikdə inkişaf etməliyik", - o deyib.

Saakaşvili ümid etdiyini bildirib ki, onun baxışlarını region ölkələrinin liderləri bölüşürlər.

Xəbər lenti

Xəbər lenti